Məhkəmə qərarları › İş №2(017)-1285/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1285/2023

05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1285/2023 05.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi və ərizəçilər Ərizəçi1 və İsmayılov Allahverən Seyidkişi oğlunun iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06 yanvar 1986-cı il taixdə anadan olmuş X1 18 dekabr 1997-ci il tarixdə vəfat etməsi və ölümün qeyd olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Ərizəçi2 ilə 21 noyabr 1980-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından beş uşaqları olmuşdur. 06 yanvar 1986-cı il tarixdə anadan olmuş oğlu X3 18 dekabr 1997-ci il tarixdə bağırsaq xəstəliyindən vəfat etmişdir. Lakin mərhum oğlu Pərviz İsmayılovun ölümü ilə bağlı ölümünü təsdiq edən hüquqi sənədi vaxtında əldə edə bilməmiş və hazırdada alması mümkün deyildir. X1 18 dekabr 1997-ci il tarixdə vəfat etməsi barədə Maraqlı şəxsnə müraciət etmiş və heç bir sənəd aşkar edilməmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. O, yəni Ərizəçi1 beş uşaqlı ana kimi pensiyaya çıxmaq istəyir. Lakin X1 18 dekabr 1997-ci il tarixdə vəfat etməsini təsdiq edən ölüm akt qeydi olmadığından pensiya almaq hüququndan istifadə edə bilmir. Odur ki, 06 yanvar 1986-cı il tarixdə anadan olmuş 18 dekabr 1997-ci il tarixdə vəfat etmiş X1 ölüm akt qeydinin müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 eyni məzmunlu izahat verərək Ərizəçi1 izahatında göstərdiyi xüsusatları təsdiq etdi. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmaını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahat verərək göstərdi ki, Ərizəçi1 onun qonşusudur. Qonşusu Aygünün beş uşağı olmuşdur. Lakin 6 yanvar 1986-cı il tarixdə anadan olmuş oğlu Pərviz 18 dekabr 1997-ci il tarixdə 11 yaşında vəfat edib. Pərviz Ağcabədi rayonunun Üzeyir qəbiristanlığında dəfn olunmuşdur. Oda bir qonşu kimi həmin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahat verərək göstərdi ki, Ərizəçi1 onun qayınanasıdır. Qayınanası Aygünün 1986-cı ilin yanvar ayında bir oğlu olmuş və həmin oğlu 1997-ci ilin dekabr ayında 11 yaşında xəstəlikdən vəfat etmişdir. O, bir qohum kimi yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahat verərək göstərdi ki, Ərizəçi1 onun yaxın qonşusudur. Qonşusu Aygünün əri Ərizəçi2la birgə nikahlarından beş uşaqları olmuşdur. Oğlu Pərviz 06 yanvar 1986-cı il tarixdə anadan olmuş və 18 dekabr 1997-ci il tarixdə bağırsaq xəstəliyindən vəfat etmiş və Ağcabədi şəhərində «Üzeyir» adlanan qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, xx/xx-1099/15 saylı arayışdan görünür ki, X3 06 yanvar 1986-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Ərizəçi1 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, 17 avqust 1962-ci il tarixdə ünvan 1 ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş Ərizəçi2 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx xxxx 1954-cü il tarixdə ünvan 1 ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 21 noyabr 1980-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə Ərizəçi1 arasında nikah 21 noyabr 1980-ci il tarixdə 208 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verimiş 23 noyabr 2022-ci il tarixli, xx/xx-1099/15 saylı məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcələnin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçilər Ərizəçi1 ilə Ərizəçi2 oğlu X3 06 yanvar 1986-ci il tarixdə anadan olmuş və 18 dekabr 1997-ci il tarixdə vəfat etmiş, lakin qeydiyyat şöbəsinə qeydə alınması üçün ərizə verilməmişdir və ona görə Qeydiyyat şöbəsində ölümün qeydə alınması aşkar edilməmişdir. Hazırda oğlunun ölümü ilə bağlı sənədi ərizəçilərin başqa yolla əldə etməsi mümkün deyildir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, bu hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi nəticələrə səbəb olduğuna görə, ərizə təmin edilməli, ərizəçinin 06 yanvar 1986-cı il tarixdə anadan olmuş X1 18 dekabr 1997-ci il tarixdə ölməsi və ölümünün qeydə alınması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 06 yanvar 1986-cı il tarixdə anadan olmuş X2 18 dekabr 1997-ci il tarixdə ölməsi və ölümün qeyd edilməsi faktı müəyyən edilsin. X2 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar