Məhkəmə qərarları › İş №2(017)-129/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-129/2023

06.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-129/2023 06.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22000 manat məbləğində əsas borcun və borcun gecikdirilməsinə görə 5280 manat məbləğində faiz borcunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında göstərdi ki, Cavabdeh ilə bir-birini yaxından tanımışlar. Cavabdeh xx.xx.2019-cu il tarixdə 13000 manat məbləğində pulu xx.xx.2019cu il tarixədək qaytarmaq şərti ilə yazılı qəbzlə borc olaraq vermişdir. Təxminən 20 gün sonra iki dəfəyə olmaq şərti ilə əlavə olaraq cavabdeh ondan 10000 manat pulu borc olaraq almışdır. Lakin bu barədə ona yazılı formada qəbz verməmişdir. Lakin bu hala dair aralarında səs yazısı vardır. Cavabdeh borclu olduğu 23000 manat məbləğində puldan 1000 manatını 2020-ci ilin oktyabr ayında qaytarmış, yerdə qalan 22000 manat məbləğində borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərkəzi bankın xx.xx.2022-ci il tarixinə olan bank uçot dərəcəsi 8,00 faiz təşkil edir. Cavabdehin ona olan borcu 22000 manat olduğu halda, 1 ilə olan bank uçot dərəcəsinə əsasən faizlər 1760 manat, 3 ilə bank uçot dərəcəsinə əsasən 5280 manat təşkil edir. Lakin bu faizlərin axını məhkəmənin yekun qərarı çıxan günədək davam edir. Ona görə də 22000 manat məbləğində əsas borcun və borcun gecikdirilməsinə görə 5280 manat məbləğində faiz borcunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. 07 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə 13000 manat, həmin vaxtdan sonra isə 10000 manat borca pul almamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi, ona məxsus şəxsi vəsiqəsinin arxasında qeyd edilmiş xx.xx.2019-cu il tarixli yazılar və imza ona məxsus deyildir. Ona görə də məhkəmədən mülki iş üzrə xətşünaslıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə saat 12-00-a təyin olunmuş məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərmişdir. Həmin teleqramda xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında xəstəxanada olduğu üçün iştirak edə bilməyəcəyini və gələnə kimi işin dayandırılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, işin icraatının dayandırılması və təxirə salınması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 30 oktyabr 2019-cu il tarixə qaytarmaq şərti ilə 13000 manat məbləğində pul borc götürmüşdür. Bu barədə xx.xx.2019-cu il tarixdə qəbz yazaraq imzalamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 4/540 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 6-cı vərəqinin üz tərəfində Cavabdeh adına olan AD ******* nömrəli şəxsi vəsiqənin kserosurətinin arxa tərəfində “Mən Cavabdeh. Ağcabədi rayon Hüsülü kənd sakini. Xocavənd rayon Əmralar k-d sakini İddiaçı (on üç min (13) min ehtiyacım olduğu üçün pul aldım. oktyabr 30zu 2019 cu ildə qaytarmaq şərti ilə əyər qaytarmasam cinayət daşımağa hazıram. İmza: Cavabdeh. xx.xx.2019” yazıları və “İmza: Cavabdeh” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair 17 aprel 2023-cü il tarixli, 4/540 nömrəli bildirişdən görünür ki, aparılmış tədqiqatının dəyəri 126 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-cı maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 30 oktyabr 2019-cu il tarixə qaytarmaq şərti ilə 13000 manat məbləğində borc almış, həmin borcdan 1000 manat qaytarmış, 12000 manat borclu qalmışdır. Cavabdeh həmin məbləği hal-hazıradək iddiaçıya qaytarmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı iddiasının faiz pulunun alınıb verilməsinə dair hissəsində faiz pulu haqqında yazılı formada razılaşma olmadığına görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, qanunvericiliyin tələbinə görə bu barədə tərəflər arasında qarşılıqlı razılaşma olmalıdır. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia qismən təmin edilməli və Cavabdeh 12000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə sübuta yetirlmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri 126 manat məbləğində ekspertiza xərcindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh 126 manat məbləğində ekspertiza xərci isə alınaraq, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34STRE******************** nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-239, 241-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh 12000 manat (on iki min manat) məbləğində borc alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 126 manat məbləğində ekspertiza xərci alınaraq, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE******************** nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar