Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1294/2024 13.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, atası – xx.xx.1964-cü il tarixdə anadan olmuş X8 xx.xx.2014-cü il tarixdə Ağcabədi şəhərində vəfat etmiş, Ağcabədi şəhər qəbiristanlığında dəfn edilmişdir. Atasının ölüm haqqında sənədi olmadığı üçün ondan qalan mirası sənədləşdirmək mümkün olmamışdır. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1964-cü il tarixdə anadan olmuş X5 xx.xx.2014-cü ildə Ağcabədi şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun oğlu, X8 isə əri olmuşdur. Əri vəfat edənə kimi onunla birlikdə yaşamışdır. X3 xx.xx.2014cü il tarixdə Ağcabədi şəhərində vəfat etmiş, Ağcabədi şəhər qəbiristanlığında dəfn edilmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid X2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş AZ-İ 010950 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1964-cü il tarixdə doğulmuş X1 və adını X6 dəyişdirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X8 xx.xx.2014-cü il tarixdə vəfat etmiş və Ağcabədi şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, X5 xx.xx.2014-cü il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 xx.xx.2014-cü il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1294/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1294/2024
13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver