Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1295/2025 29.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, X2 ilə anası X3 nikahlarından xx.xx.1970-ci il tarixdə doğulmuş bacısı X11 xx.xx.2005-ci il tarixdə vəfat etmiş və Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. Bacısının ölümü qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1970-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X5 xx.xx.2005-ci il tarixdə Ağcabədi şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi və onun ailəsini yaxından tanıyır, əmisi qızıdır və qonşuluqda yaşayırlar. Ərizəçinin xx.xx.1970-ci il tarixdə anadan olmuş bacısı X11 xx.xx.2005-ci il tarixdə Ağcabədi şəhərində ölmüş və Ağcabədi şəhər qəbiristanlığında dəfn edilmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahidlər X12 və X4 da eyni məzmunlu izahat verərək göstərilən xüsusatları təsdiq etdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1970-ci il tarixdə Ağcabədi şəhərində doğulmuşdur. Bu barədə xx.xx.1970-ci il tarixdə 205 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X1 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin və AZ 566646 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ağcabədi şəhərində doğrulmuşdur. Bu barədə xx.xx.1963-cü il tarixdə 505 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X1 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.1970-ci il tarixdə doğulmuş X11 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyinə görə X5 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1970-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X11 xx.xx.2005-ci il tarixdə Ağcabədi şəhərində vəfat etmiş və Ağcabədi şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1970-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X5 xx.xx.2005-ci il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X5 xx.xx.2005-ci il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1295/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1295/2025
29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver