Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1310/2024 10.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh xeyli müddətdir ki, tanıyır. 2024-cü ilin fevral ayında Cavabdeh Qazaxstan Respublikasından ona zəng edərək Ağcabədi şəhərində işlətdiyi tikinti-malları obyekti üçün ondan 10.000 ABŞ dolları məbləğində borc olaraq pul istəmişdir. Həmin pulu 10 gün müddətinə qaytaracağına söz vermişdir. O da, 10.000 ABŞ dollar məbləğində pulu Cavabdeh məxsus obyektdə İlkin adlı şəxsə vermişdir. Elşən Qazaxstan Respublikasından gəldikdən sonra borcunu dəfələrlə istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, Ağcabədi Rayon Polis Şöbəsinə müraciət etmiş, Ağcabədi rayon Polis Şöbəsinin 31 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və mülki xarakterli mübahisə olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Elşənin borcunun olması həmin qərarda olan Elşənin öz izahatı, İlkin adlı şəxsin izahatında və işə əlavə edilmiş video görüntüdə öz əksini tapmışdır. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh 10.000 ABŞ dolları məbləğində borcun və ödənilmiş 141 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavbdeh Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, Zərdab rayonu, Qoruqbağı kənd sakini İddiaçı xeyli vaxtdır ki, tanıyır və aralarında yaxşı münasibət vardır. 2024-cü ilin fevral ayında İddiaçı onun dostları Azər və Rəfail adlı şəxslərlə kafedə yemək yeyən zaman onunla razılaşmışlar ki, birlikdə ölkəyə iribuynuzlu heyvanlar gətirsinlər və puluda şərikli qoysunlar. 09 fevral 2024-cü il tarixdə o, Azər və dostu X1 ilə Qazaxstan Respublikasına getmiş, orada sənədlərin hazırlanmasına 20 gün vaxt sərf olunmuşdur. Həmin müddətdə Sadiq onlara pul göndərməli idi ki, iribuynuzlu heyvanları alsınlar, lakin Sadiq pulu ləngitmişdir. Təxminən fevral ayının 14-15-i olardı ki, o, Sadiqlə mobil telefon vasitəsilə əlaqə saxlayan zaman Sadiq ona 10.000 ABŞ dolları verə biləcəyini demiş və o da, həmin pulu bankla deyil, ona məxsus obyektdə işləyən İlkin adlı şəxsə verməsini və İlkin də həmin pulu ona göndərəcəyini bildirmişdir. Sadiq həmin pulu onun dediyi ünvana çatdırmış, İlkin adlı şəxsə vermiş və İlkin də Sadiqdən həmin pulu alıb ona göndərmişdir. O, sənədlərin hazırlanması, heyvanların alınması və digər xərclərə görə özündən 17.000 ABŞ dollar məbləğində pul xərcləmişdir. Həmçinin şəriklərdən biri olan Tofiqi Qazaxstan Respublikası Beynəlxalq hava limanında saxlamışlar və dörd ay Tofiqin ailəsi üçün pul xərcləmişdir. Sadiq isə həmin xərclərə köməklik etmək istəməmişdir. O, hesab edir ki, şərik olduqları üçün xeyirlə yanaşı zərəri də bir yerdə həll etməlidrlər. Həmin 10.000 ABŞ dollar pul zərərə xərcləndiyi üçün onun Sadiqə borcu qalmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınmaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Polis Şöbəsinin 31 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh izahat verərək iddiaçı Sadiq Mustafeyev tərəfindən ona məxsus obyektdə İlkin adlı şəxsə yəni onun işçisinə 10.000 ABŞ dolları məbləğində pulun ona çatdırılmnası üçün verilməsini etiraf etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq olunmuş diskdən görünür ki, Cavabdeh ilə İddiaçı arasında cavabdehin iddiaçıya olan borcu ilə bağlı danışıqlar getmiş və cavabdeh olduğunu, maddi imkanı olmadığı üçün borcunu qaytara bilmədiyini və həmin borcu imkanlaşdırıb qaytaracağını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 141 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçüm cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsasssız varlanan o şəxs ( varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olımur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tədbiq edərək məhkəmə qeyd eddir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə edilməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış bocludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən göründüyü kimi cavabdehin işlərinin yaxşı getməsi üçün, konkret olaraq Cavabdeh 10.000 ABŞ dolları məbləğində pulu iddiaçıdan alması, daha sonra qaytarmaqdan imtna etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçının əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı yol verilən hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı 10.000 ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh tərəfindən bu günədək iddiaçıya heç bir məbləğdə pul qaytarılmamışdır. Cavabdeh tərəfindən 10.000 ABŞ dollarının iddiaçıdan alması 31 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da öz əksini tapır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslıə olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qaunun tələblərinə uyğun olaraq işə aid edilən və mütəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlaradan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə pirinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin İ-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 141 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı götürdüyü puldan iddiaçıya heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 10.000 (on min) ABŞ dolları məbləğində pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və dövlət rusumuna görə ödənilmiş 141 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1310/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1310/2024
10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver