Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1314/2023 24.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qızı X3 05 iyun 1979-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Avşar kəndində yaşayır. Mərhum əri X9 ilə 05 yanvar 1974-cü ildə rəsmi nikahdan keçməklə ailə qurmuşdur. Birgə nikahlarından olan 20 yanvar 1979-cu il tarixdə anadan olmuş qızı X7 05 iyun 1979-cu il tarixdə vəfat etmiş və kənd qəbiristanlığında dəfn etmişlər. X1 vəfatından sonra mərhum ərindən Ağcabədi rayonunun Avşar kəndində yerləşən, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997ci il tarixli 14 nömrəli qərarı ilə onlara torpaq sahəsi miras qalmışdır. Miras əmlaka dair şəhadətnamə almaq üçün “ASAN XİDMƏT” Mərkəzində yerləşən notariat ofisinə müraciət edərkən vərəsələrin siyahısında mərhum qızı X3 da adı olduğu üçün onun ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq 20 yanvar 1979-cu il tarixdə anadan olmuş qızı X3 05 iyun 1979-cu il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun həm qonşusu, həm də qohumudur. Ərizəçi 20 yanvar 1979-cu il tarixdə anadan olmuş qızı X7 05 iyun 1979-cu il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, X5 ölüm haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi 20 yanvar 1979-cu il tarixdə anadan olmuş qızı X7 05 iyun 1979-cu il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, X5 ölüm haqqında şəhadətnamə alınmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmuş Maraqlı şəxs arayışının surətindən görünür ki, X9 və Ərizəçi 05 yanvar 1974-cü il tarixdə bağlanmış 02 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan olunmuş Maraqlı şəxs arayışının surətindən görünür ki, X7 20 yanvar 1979-cuı ildə Ağcabədi rayonunun Avşar kəndində doğulmuşdur. İşdə olan və məhkəmə iclasında elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli məktubdan görünür ki, 20 yavar 1979-cu ildə Ağcabədi rayonunun Avşar kəndində doğulmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin 20 yanvar 1979-cu ildə Ağcabədi rayonunun Avşar kəndində doğulmuş X7 05 iyun 1979-cu il tarixdə Ağcabədi rayonunun Avşar kəndində vəfat etmiş, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi qızının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun 20 yanvar 1979-cu ildə Ağcabədi rayonunun Avşar kəndində doğulmuş qızı X3 05 iyun 1979-cu il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 20 yanvar 1979-cu il tarixdə anadan olmuş X3 05 iyun 1979-cu il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1314/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1314/2023
24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver