Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1328/2023 15.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X5 ilə 15 dekabr 1988-ci il tarixdə ailə qurmuş, onların nikahlarından 4 uşaqları, o cümlədən xx.xx.1989-cu il tarixdə qızı Aysel anadan olmuş, xx.xx.1990-cı il tarixdə xəstəlikdən ölmüşdür. Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. Qızının ölümü qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1989-cu il tarixdə anadan olmuş X3 xx.xx.1990-cı il tarixdə Ağcabədi şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəməyə məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X5 Ərizəçi izahatına uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İV-jq 375366 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X5 ilə xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.1989-cu il tarixdə Maraqlı şəxsndə 700 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası Ərizəçi kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.1989-cu il tarixdə anadan olmuş X4 xx.xx.1990-cı il tarixdə vəfat etmiş, Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-M-15-467/2023 nömrəli məktubdan görünür ki, tibbi sənəd təqdim olunmadığına görə X3 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1989-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş X6 xx.xx.1990-cı il tarixdə ölmüş, Ağcabədi şəhər qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1989-cu il tarixdə anadan olmuş X3 xx.xx.1990-cı il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1989-cu il tarixdə anadan olmuş X3 xx.xx.1990-cı il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1328/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1328/2023
15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver