Məhkəmə qərarları › İş №2(017)-1357/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1357/2023

24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1357/2023 24.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3746,04 manat borcun və 58 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 19 mart 2019-cu il tarixli əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 18 oktyabr 2019-cu il tarixli 461-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. 24 dekabr 2021-ci il tarixli 704 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə İddiaçı mağazasında işlədiyi zaman aparılmış inventarizasiya nəticəsində iddiaçıya zərər vurması müəyyən olunmuş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə aparılmış “İnventarizasiya Nəticələrinə ” dair Aktlara əsasən ziyan məbləği 4543 manar 64 qəpik olmuşdur. Ümumi məbləğin bir hissəsi cavabdehin şirkətdən alacağı vəsaitlə qarşılanmış və cavabdehin yekun qalıq borcu 3746,04 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Ona görə də Cavabdeh 3746,04 manat borcun və 58 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan əmək müqaviləsi görünür ki, Cavabdeh 19 mart 2019-cu il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan 15 noyabr 2022-ci tarixli arayışdan görünür ki, Cavabdeh ilə təftiş yoxlaması və təhvil-təslim işləinin nəticəsi olaraq hesabinda xx.xx.2021-ci il tarixdə 1568,4 manat, xx.xx.2021-ci il tarixdə 2975,24 manat çatışmazlıq aşkar edilmişdir. Ümumi məbləğin bir hissəsi cavabdehin şirkətdən alacağı vəsaitlə qarşılanmış və cavabdehin yekun qalıq borcu 3746,04 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19 mart 2019-cu il tarixli əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. 18 oktyabr 2019-cu il tarixli 461-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. 24 dekabr 2021-ci il tarixli 704 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə İddiaçı mağazasında işlədiyi zaman aparılmış inventarizasiya nəticəsində iddiaçıya zərər vurması müəyyən olunmuş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə aparılmış “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən ziyan məbləği 4543 manar 64 qəpik olmuşdur. Ümumi məbləğin bir hissəsi cavabdehin şirkətdən alacağı vəsaitlə qarşılanmış və cavabdehin yekun qalıq borcu 3746,04 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Ona görə də Cavabdeh 3746,04 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 3746,04 manat pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 16 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 58 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3746,04 manat pul və ödənilmiş 58 manat dövlət rüsumu, cəmi 3804 (üç min səkkiz yüz dörd) manat, 04 (dörd) qəpik pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar