Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1365/2023 14.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayır. İş üzrə cavabdeh olan Cavabdeh bir Ağcabədili kimi tanıyır, yaxın münasibətləri olub və bir-birlərinin evinə ailəvi gedibgəlmişlər. Cavabdeh 21 yanvar 2023-cü il tarixdə onun yanına gəlib ona vacib pul lazım olduğunu və ona 12.300 manat məbləğində pul verməyi ondan xahiş etmiş, oda məcbur olub həmin gün Simrana 12.300 manat məbləğində borc pul vermişdir. Cavabdeh ondan həmin pulu alanda 5.000 manatını 31 mart 2023-cü il tarixədək, qalan 7.300 manatını isə 31 avqust 2023-cü il tarixədək ödəyib qurtaracağına söz vermişdir. Həmçinin həmin gün Cavabdeh öz təşəbbüsü ilə ondan 12.300 manat borc pul almasına və həmin pulu 2 dəfəyə göstərilən vaxtlarda qaytaracağına dair öhdəlik götürməsi ilə bağlı qəbz yazaraq ona vermişdir. Ondan alınan borc pul cavabdeh tərəfindən bu günə kimi qaytarılmamış, dəfələrlə cavabdehə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 12.300 manat məbləğində pulun və ödənilmiş 127 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Cavabdeh onun ailəvi gedib-gəliş dostudur. O, 21 yanvar 2023-cü il tarixdə xəstəsi olduğu üçün Bakı şəhərində olan zaman dostu Cavabdeh ona zəng edərək borcu olduğu üçün ona təcili 12.000 manat məbləğində pul lazım olduğunu bildirmiş, oda Simrana Bakı şəhərində olduğunu, tanışı ticarətlə məşğul olan X2 yanına getməsini və pulu ordan götürməsini bildirmişdir. Dostu Simran onun oğlu X3 ilə birlikdə Vüqarın mağazasına getmiş və Vüqara məxsus avtomobildə əyləşərək Vüqardan 12.000 manat məbləğində pulu götürmüşdür. O, əvvəldə Simrana şəxsən özü 300 manat borc pul vermişdir. O, hər ehtimal üçün 22 fevral 2023-cü il tarixdə borc olaraq verdiyi 12.300 manat borc pula dair Cavabdeh yazılı və imzalı qəbz almışdır. Simranda ondan aldığı 12.300 manat məbləğində pulun 5.000 manatını 31 mart 2023-cü il tarixədək, qalan 7.300 manatını isə 31 avqust 2023-cü il tarixədək ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh tərəfindən bu günə kimi qalan borcu qaytarılmamış, dəfələrlə cavabdehə pulu qaytarması barədə müraciət etmiş, ancaq müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaqla Cavabdeh 12.300 manat məbləğində pulun və ödədiyi 127 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etdi. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahat verərək göstərdi ki, onun şəxsi mağazası var və ticarətlə məşğul olur. Hər iki tərəfi tanıyır. Çingiz ona zəng edərək xəstəsi olduğu üçün Bakı şəhərində olduğunu, yanına Sitmran adlı şəxsin gələcəyini, şəmin şəxsə 12.000 manat məbləğində pul verməsini və Bakı şəhərindən gələn kimi pulu verəcəyini bildirdi. Oda özünə məxsus avtomobildə əyləşərək Simrana 12.000 manat pul vermiş, həmin vaxt Çingizin oğlu Elgiz yanlarında olub. Lakin borcun qaytarması ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək göstərdi ki, Cavabdeh atası Çingizin dostu olduğu üçün onu tanıyır. 21 yanvar 2023-cü il tarixdə Cavabdeh ona zəng edərək, küçəyə çıxmasını bildirmiş, oda Simranın yanına getmişdir. Simran ona birlikdə atasının tanışı Vüqarın yanına getmələrini, Vüqardan 12.000 manat pulu alacağını və bundan atası Çingizin xəbəri olduğunu bildirmişdir. O, həmin vaxt atası Çingiz Bakı şəhərində olduğu üçün telefon vasitəsilə əlaqə saxlayaraq Simranın ona dediklərinin həqiqət olmasını dəqiqləşdirib, Simranla birlikdə Vüqar Əliyevin yanına getdilər. O, Simran və Vüqar üçü birlikdə Vüqara məxsus avtomobildə əyləşdilər. Vüqar onun yanında 12.000 manat pulu sayaraq Simrana Verdi. Simran həmin pultan atası Çingizə heç bir məbləğdə pul qaytarmayıb. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Ağcabədi şəhər sakini Cavabdeh yaxından tanıdığı Ağcabədi rayonunun Ağabəyli kənd sakini İddiaçı vacib ehtiyacı olduğu üçün borc olaraq 12.300 manat məbləğində pul almış və aldığı pulun 500 manatını 31 mart 2023-cü il tarixdə, qalan hissəsini, yəni 7300 manatını isə 31 avqust 2023-cü il tarixdə qaytaracaqdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı pul lazım olduğu üçün 12.300 manat məbləğində borc pul almışdır. Cavabdeh tərəfindən bu günədək iddiaçıya heç bir məbləğdə pul qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 144 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı götürdüyü puldan iddiaçıya heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 12.300 (on iki min üç yüz) manat məbləğində pul və ödənilmiş 127 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1365/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1365/2023
14.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver