Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1373/2023 22.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC, “MKT-Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* nömrəli müqaviləyə əsasən cavabdeh 12 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 22011,41 manat məbləğində avans vəsait götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun iddiaçıya xam-pambıq təhvil verilməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur. Cavabdehin avans vəsaitə görə iddiaçıya 5039,61 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Ağcabədi” filialı və cavabdeh arasında aparılan hesablaşma qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1 faiz həcmində iddiaçıya cərimə ödəməlidir. Bu cərimənin də məbləği 735,7 manat təşkil edir. Göstərilənləri əsas tutaraq, cavabdehdən 5039,61 manat əsas, 735,7 manat cərimə və iddiaçı tərəfindən ödənilmiş 77,75 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli müqavilənin surətindən görünür ki, bu müqavilə İddiaçı MMC, “MKT-Ağcabədi” filialı və Cavabdeh arasında 2022-ci il mövsümündə xam-pambığın alqı-satqısı üzrə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyanın surətindən görünür ki, İddiaçı MMC, “MKT-Ağcabədi” filialı və Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, ********* nömrəli xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən 12 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla məhsul əldə edib İddiaçı MMC-yə satmağı öhdəsinə götürüb. Bu məqsədlə ona iddiaçı tərəfindən avans olaraq 21955,6 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Son nəticədə isə müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən xam-pambıq təhvil verilməmişdir. Cavabdeh ümumi borcundan 16971,8 manat dəyərində xam-pambıq təhvil vermişdir. Onun götürdüyü avans vəsaitə görə 5039,61 manat iddiaçıya borcu qalıb. Borclu qalmağı müqavilə üzrə xam-pambığın tədarükü ilə məşğul olan “MKT-Ağcabədi” filialı ilə onun arasında aparılan hesablaşma sənədləri də təsdiq edir. Bu pretenziyanı aldığı vaxtdan 5 gün müddətində borcun ödənilməsi təmin etməyi xahiş olunur. Əks halda qeyd edilən borcun ödənilməsi üçün məhkəməyə müraciət edəcəklər ki, nəticədə onun borcundan əlavə tələb olunan məbləğin 7 %-i həcmində məhkəmə xərcləri və dövlət rüsumu ödəməli olacaq. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya xx.xx.2023-cü il tarixinə 5039,61 manat əsas, 735,70 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məsələlərin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, əsas borc 5039,61 manat təşkil etdiyi halda, 735,7 manat cərimə borcu, yəni cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 30 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 5039,61 manat əsas borc, 30 manata cərimə borcu, ümumi 5069,61 manata pul tutulmalıdır. İddia qalan hissədə əsasız və qanunsuz olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5039,61 manat əsas borc, 30 manata cərimə borcu, ümumi 5069,61 manata pul, həmçinin dövlət rüsumuna görə ödənilmiş 77,75 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1373/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1373/2023
22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver