Məhkəmə qərarları › İş №2(017)-138/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-138/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-138/2025 16.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçi ölümün qeydə alınma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 iyun 1984-cü il taixdə anadan olmuş X1 25 avqust 1984-cü il tarixdə vəfat etməsi və ölümün qeyd olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 19 iyun 1984-cü il tarixdə anadan olmuş, mərhum qızı X6 25 avqust 1984-cü il tarixdə xəstəlik səbəbindən vəfat etmiş və Kəlbəcər rayonu Zülfüqarlı kənd qəbirstanlığında dəfn edilmişdir. O, ailəsi ilə birlikdə İ Qarabağ müharibəsindən təxminən 4-5 il əvvəl Ağcabədi rayonu Rəncbərlər kəndinə gəlmişlər və həmin kəndə məskunlaşaraq hazırkı vaxtadək orada yaşayırlar. Fərdi yaşayış evini sənədləşdirmək istəyəndə, ölmüş uşağı Şərafət Əsədovanın ölüm haqqında şəhadətnaməni tələb etmişlər. Lakin mərhum qızı Şərafət Əsədovanın ölümü ilə bağlı ölümünü təsdiq edən hüquqi sənədi vaxtında əldə edə bilməmiş və hazırdada alması mümkün deyildir. X1 25 avqust 1984-cü il tarixdə vəfat etməsi barədə Maraqlı şəxsnə müraciət etmiş və heç bir sənəd aşkar edilməmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, 25 avqust 1984-cü il tarixdə vəfat etmiş X1 ölüm akt qeydinin müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Vəkil Hsüaməddin oğlu ərizəçinin izahatına uyğun çıxış edərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmaını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahat verərək göstərdi ki, Ərizəçi onun qardaşının həyat yoldaşıdır. Ərizəçi uşağı Şərafət Əsədova 19 iyun 1984-cü il tarixdə anadan olmuş və xəstəlikdən 25 avqust 1984-cü il tarixdə vəfat edib və Kəlbəcər rayonu, Zülfüqarlı kənd qəbirstanlığında dəfn olunmuşdur. O, yaxın qohum kimi həmin uşağı özü yuyaraq kəfənə bükmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahat verərək göstərdi ki, Ərizəçi onun baldızıdır. Baldızı Elmiranın uşağı X6 xəstəlikdən 25 avqust 1984-cü il tarixdə vəfat edib və Kəlbəcər rayonu Zülfüqarlı kənd qəbirstanlığında dəfn olunmuşdur. O, yaxın qohum kimi həmin yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi 08 oktyabr 1977-ci il tarixdə rəsmi nikaha girmişlər. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X9 19 iyun 1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli, 3-16-5/8- 15-Ə-1100/2024 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktrı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcələnin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi qızı X6 25 avqust 1984-cü il tarixdə vəfat etmiş, lakin qeydiyyat şöbəsinə qeydə alınması üçün ərizə verilməmişdir və ona görə Qeydiyyat şöbəsində ölümün qeydə alınması aşkar edilməmişdir. Hazırda qızının ölümü ilə bağlı sənədi ərizəçinin başqa yolla əldə etməsi mümkün deyildir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, bu hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi nəticələrə səbəb olduğuna görə, ərizə təmin edilməli, ərizəçinin X1 25 avqust 1984-cü il tarixdə ölməsi və ölümünün qeydə alınması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 19 iyun 1984-cü il tarixdə Kəlbəcər rayonu, Zülfüqarlı kəndində doğulmuş X3 25 avqust 1984-cü il tarixdə Kəlbəcər rayonu Zülfüqarlı kəndində ölməsi faktı müəyyən edilsin. X3 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar