Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1386/2023 22.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18100 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 145 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, təxminən 20 ilə yaxındır ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində yerləşən “Cənnət market” mağazasını işlətməklə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh 2017-ci ildən qonşu və müştəri kimi tanımışdır. xx.xx.2021-ci il tarixdə, novruz bayramı günü marketdə olarkən Cavabdeh ona yemək gətirmiş, bundan sonra aralarında səmimi münasibət yaranmışdır. xx.xx.2021-ci il tarixdə koronovirus xəstəliyinə tutulmuş, bundan sonra Cavabdeh ilə aralarında “vatsap” və SMS vasitəsi ilə yazışmağa başlamışlar. Evli olduğunu ona bildirsə də, qısa müddət sonra Cavabdeh ona qarşı sevgi hisslərinin olduğunu bildirmişdir. Bundan sonra 2021-ci ilin may ayından başlayaraq 2022ci ilin may ayına qədər hissə-hissə Cavabdeh 19400 manat borc pul vermişdir. Bu məbləğdən 2022-ci ilin avqust ayında 300 manat, sentyabr ayında 1000 manat Cavabdeh ona qaytarmışdır. Pulun Cavabdeh verilməsi SMS yazışmaları ilə sübut olunur. Onun istifadəsində olan 055 *** ** ** mobil nömrəsi ilə Cavabdeh istifadəsində olan 055 *** ** ** mobil nömrə ilə SMS yazışmaları mövcuddur. Həmin yazışmalarda Cavabdeh “qardaş qardaşa pul verməyən zamanda 20 minə yaxın pulum səndə durub, özüm camaatın evini banka qoyub çətinliklə dükan açıram, səndən tələbim budur ki, ayın axırına qədər nə düzəldib verə bilərsən ver, verə bilmirsən, əgər münasibət pozulmamaq şərti ilə, özün vaxtında yaxşı demişdin maaş kartı və pensiya kartı ver hər ay pulumu çıxardım” yazmış, Cavabdeh cavabında ona “oki sabah kartı gətirəcəm” yazmışdır. Oxşar məzmunlu SMS yazıları da mövcuddur. Ona “mənə zəng etməyin lazım deyil dədəndən pulumu al ver 19 min pulumun dalına keçmisən, hələ üzün var zəng vurursan, ayıbdı qabağın kəsmiyim özün al ver yoxsa özüm deyəcəm məcbur etmə məni ayıbdı” sözləri yazmış, Cavabdeh cavabında ona “mənim atamın sənə borcu yoxdur qabağın kəs sən mənim atamı yaxşı tanımırsan ayıb sənə olsun tərbiyəsiz qadını şantaj etməyinə bax” sözlərini yazmışdır. SMS yazışmalarında Cavabdeh 19 min borcu olması barədə bir neçə dəfə yazmış, sonuncu bu məbləği mübahisələndirməmişdir. Onun bu davranışı borcun etirafı kimi qəbul olunmalıdır. Hazırda Cavabdeh ona olan borcu 18100 manat təşkil edir. Dəfələrlə borcun qaytarılmasını tələb etsə də cavabdeh borcun qaytarılmasından yayınmış, hətta pul istəyəcəyi halda borcun müqabilində onunla cinsi əlaqədə olmağa məcbur etməsi barədə şikayət edəcəyini bildirməklə onu qorxutmağa çalışmışdır. Ona görə də iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə da iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil iddianı qəbul etmədi və verdiyi izahatında bildirdi ki, Cavabdeh 5-6 il bundan əvvəl İddiaçı tanımışdır. Muxtar Gülnarın yaşadığı evin 1-ci mərtəbəsində market işlədir. Mütəmadi olaraq Gülnar evinə bazarlığı həmin marketdən etdiyindən Muxtarla aralarında tanışlıq yaranmışdır. Bəzən mağazadan nə isə lazım olduqda Muxtar özü evə qaldırmışdır. Bir neçə dəfə Gülnar Muxtarın işlətdiyi marketdən nisyə mal götürmüş, bu səbəbdən də sonuncuya təxminən 2000 manat borcu yaranmışdır. Həmin borcundan Gülnar 1500 manat ödəmiş, Muxtara 500 manat borclu qalmışdır. Hazırkı iddia ilə əlaqədar tərəflər arasında hər hansı bir müqavilə, yazılı formada hər hansı bir sənəd mövcud deyildir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Muxtara 1306 manat məbləğində pul verilmişdir. Məhkəmə iclasında İddiaçı Cavabdeh 1306 manat aldığını etiraf etmiş, qəbzdə olan imzanın ona məxsus olduğunu və cavabdehdən 1306 manat məbləğində pul aldığını təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 739.1 və 739.2-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1 və 740.2-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 2000 manat borc pul almış, sonradan həmin puldan 1306 manat ödəmiş, 694 manat borclu qalmışdır. Həmin 694 manat borc hazırkı tarixə ödənilməmiş qalmışdır. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli və Cavabdeh 694 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 145 manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 30 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalı, dövlət rüsumuna görə ödənilmiş qalan məbləğ iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 694 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1386/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1386/2023
22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver