Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-140/2024 16.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək əri X3 04 may 1994-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlər zamanı ölməsi (şəhid olması) faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində yaşayır. Mərhum əri X5 06 yanvar 1963-cü il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində anadan olmuş və 04 may 1994-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlər zamanı vəfat etmişdir. Mərhum əri X2 rayonunda şəhidlər xiyabanında dəfn olunmuşdur. Mərhum ərinə ölüm haqqında şəhadətnamə alınsa da, hal-hazırda həmin şəhadətnamə cırılaraq yararsız vəziyyətə düşmüşdür. Yenidən ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin mərhum əri X3 ölümü haqqında şəhadətnamə Qeydiyyat şöbəsində aşkar edilməmişdir və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq 06 yanvar 1963-cü il tarixdə anadan olmuş əri X3 04 may 1994-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlər zamanı ölməsi (şəhid olması) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi 06 yanvar 1963-cü il tarixdə anadan olmuş əri X5 04 may 1994-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlər zamanı şəhid olmuş və Ağcabədi rayonunda yerləşən “şəhidlər xiyabanı”nda dəfn olunmuşdur. X3 dəfn və hüzr mərasimlərində iştirak etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində şahid X8 ifadəsinə uyğun ifadə verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş arayışın surətindən görünür ki, X5 06 yanvar 1963-cü il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində doğulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli arayışından görünür ki, X5 04 may 1994-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlər zamanı həlak olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 11 may 2023-cü il tarixli iməktubdan görünür ki, 06 yanvar 1963-cü ildə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində doğulmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin 06 yanvar 1963-cü ildə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində doğulmuş əri X5 04 may 1994-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlər zamanı vəfat etmiş, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınsa da, hal-hazırda həmin şəhadətnamə cırılaraq yararsız vəziyyətə düşmüş və həmçinin Ağcabədi rayon Qeydiyyat X1 ölümü haqqında şəhadətnamə aşkar edilməmişdir. Ona görə də ərizəçi ərinin ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 06 yanvar 1963-cü il tarixdə doğulmuş X3 04 may 1994cü il tarixdə Ağdam rayonunda gedən döyüşlər zamanı ölməsi (şəhid olması) faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 06 yanvar 1963-cü il tarixdə doğulmuş X3 04 may 1994-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlər zamanı ölməsi (şəhid olması) faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-140/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-140/2024
16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver