Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1406/2023 11.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 və Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, X1 xx.xx.1959-cu il tarixdə Ağcabədi şəhərində doğulmuşdur. Bir müddət işləmək üçün Ukraynanın Jitomir şəhərinə gedib gəlmişdir. X1 xx.xx.2012-ci il tarixdə Ukraynanın Jitomir şəhərində vəfat etmiş, nəşi xx.xx.2012-ci il tarixdə gətirilərək Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. Qardaşının ölümü qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1959-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş X3 xx.xx.2012-ci il tarixdə Ukraynanın Jitomir şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, Ərizəçi və onun ailəsini yaxından tanıyır, yaxın qonşudurlar. xx.xx.1959-cu il tarixdə doğulmuş X6 xx.xx.2012-ci il tarixdə Ukraynanın Jitomir şəhərində vəfat etmiş, nəşi oradan gətirilərək xx.xx.2012-ci il tarixdə Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X2 şahid X7 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, X6 xx.xx.1959-cu il tarixdə Ağcabədi şəhərində doğulmuşdur. Bu barədə xx.xx.1959-cu il tarixdə Maraqlı şəxsndə 251 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyinə görə X3 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1959-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş X6 xx.xx.2012-ci il tarixdə Ukraynanın Jitomir şəhərində vəfat etmiş, nəşi oradan gətirilərək xx.xx.2012-ci il tarixdə Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə hesab edir ki, xx.xx.1959-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş X3 xx.xx.2012-ci il tarixdə Ukraynanın Jitomir şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş X3 xx.xx.2012-ci il tarixdə Ukraynanın Jitomir şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1406/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1406/2023
11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver