Məhkəmə qərarları › İş №2(017)-141/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-141/2025

04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-141/2025 04.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 10050 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək izahatında göstərdi ki, Cavabdeh ondan borc pul almış və qaytarmamışdır. Ona görə də Cavabdeh qarşı 10050 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Hazırda Cavabdeh ilə ona 7000 manat ödəməsi barədə öz aralarında razılaşmışlar. Lakin, cavabdeh həmin pulu hissə-hissə ödəmək istəyir və o da cavabdehlə razılaşmır. Ona görə də, göstərdiklərini nəzərə alaraq Cavabdeh 7000 manat pulun və ödəmiş olduğu 120 manat dövlət rüsumunun, cəmi 7120 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə İddiaçı izahatına uyğun izahat verərək Cavabdeh 7000 manat pulun və ödəmiş olduğu 120 manat dövlət rüsumunun, cəmi 7120 manat pulun alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh məhkəməyə ərizə təqdim edib iddianı etiraf edərək izahatında göstərdi ki, İddiaçı ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı borcu vardır və hazırda İddiaçı 7000 manat ödəməsi barədə öz aralarında razılaşmışlar. Hazırda həmin pulu ödəməyə maddi imkanı olmasa da, gələcəkdə həmin pulu hissə-hissə, yəni hər ay 150 manat, imkanı olduqda isə daha çox iddiaçıya ödəyəcəkdir. Ona görə də iddianı həmin məbləğdə qəbul edir və bu barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdehn 7000 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 14 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 120 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 120 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 7000 manat borc pul və ödənilmiş 120 manat dövlət rüsumu, cəmi 7120 (yeddi min bir yüz iyirmi) manat alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar