Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1427/2025 08.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 9528,70 manat pul və ödənilmiş dövlət rüsumuna görə 115,30 manat, cəmi 9644 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Əvvəllər ətriyyat və kosmetika mallarının alqı-satqısı ilə məşğul olmuşdur. 2022-ci ilin əvvəllərində Cavabdeh ondan ətriyyat və kosmetika mallarını nisyə alıb başqa şəxslərə satmış və pulunu da sonradan ödəmişdir. Lakin, Cavabdeh sonradan ondan aldığı malları satsa da, onun pulunu ödəməmiş və ona 9528,70 manat borclu qalmışdır. Bu barədə cavabdeh əlyazma da yazaraq ona vermişdir. Dəfələrlə pulunu tələb etsə də, cavabdeh ondan aldığı malları ayrı-ayrı şəxslərə satdığını və pulunu yığa bilmədiyi üçün onun pulunu verə bilmədiyini göstərmişdir. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, İddiaçı uzun müddətdir ki, tanıyır. İddiaçı ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia qəbul edir. Belə ki, o İddiaçı ətriyyat və kosmetika mallarını nisyə alıb başqa şəxslərə satmış, lakin həmin şəxslərdən pulu ala bilmədiyi üçün İddiaçı olan borcunu ödəyə bilməmişdir. Hazırda İddiaçı 9528,70 manat borcu vardır. Ona görə də iddianı qəbul edir və bu barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı9528,70 manat borcu vardır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışı zamanı tərəflərin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ətriyyat və kosmetika mallarını nisyə alaraq başqa şəxslərə satmış və hazırda cavabdehin iddiaçıya 9528,70 manat borcu qalmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı da Cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 9528,70 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 11 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 115,30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 115,30 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 9528,70 manat pul və ödənilmiş 115,30 manat dövlət rüsumu, cəmi 9644 (doqquz min altı yüz qırx dörd) manat alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1427/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1427/2025
08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver