Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1428/2023 04.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək verdiyi izahatında göstərdi ki, Cavabdeh xeyli müddətdir ki, tanıyır. Özü “Əhmədli” metrosunun yaxınlığında dərzi sexində dərzi işləyir, Alim isə onun işlədiyi yerin qonşuluğunda yerləşən “Qızılgül” kafesini icarəyə götürüb işlədirdi. 2021-ci ilin iyun ayında Cavabdeh ondan 6000 manat borc pul istəmiş, həmin pulu 10 gün sonra qaytaracağına söz vermiş, inanıb Cavabdeh 6000 manat borc vermişdir. Həmin pulun 2000 manatını tanışı X2, 4000 manatını isə tanışı X3 yanında vermişdir. Həmin puldan cavabdeh ona 200 manat qaytarmış, lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona verməli olduğu 5800 manat pulu qaytarmamışdır. Cavabdehdən pulunu tələb edərək istəsə də, sonuncu tərəfindən həmin pul ona qaytarılmamışdır. Borcun ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Pulunu tələb edərkən aralarında olan telefon danışıqlarını yazmışdır. Danışıqların heç bir nəticəsi olmadığına görə Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhər Xətai RPİ-nin 34-cü Polis şöbəsinə şikayət etmişdir. xx.xx.2022ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Polis şöbəsində Cavabdeh izahatı alınarkən ondan 6000 manat pul aldığını etiraf etmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, İddiaçı və Cavabdeh tanıyır, hər iksi ilə yaxşı münasibətləri vardır. Cavabdeh “Əhmədli” metrosunun yaxınlığında kafe işlədir, Tərlan isə həmin yerə yaxın dərzi sexində dərzi işləyir. Taksi sürücüsü kimi tez-tez həmin kafedə yemək yeyir. 2021-ci ilin iyun ayında Cavabdeh onun yanında İddiaçı 2000 manat borc pul almışdır. Sonradan bilmişdir ki, Cavabdeh həmin ərəfədə X3 iştirakı ilə əlavə olaraq İddiaçı 4000 manat da borc pul almışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, İddiaçı 2005-ci ildən, Cavabdeh isə 3 ilə yaxındır tanıyır, hər iksi ilə yaxşı münasibətləri vardır. Cavabdeh “Əhmədli” metrosunun yaxınlığında kafe işlədir, Tərlan isə həmin yerə yaxın dərzi sexində dərzi işləyir. 2021-ci ilin iyun ayında Cavabdeh onun yanında İddiaçı 4000 manat, X2 yanında isə 2000 manat borc pul almışdır. Cavabdeh İddiaçı cəmi 6000 manat borca pul almış, 200 manat qaytarmış, qalan 5800 manatı isə bu günə kimi qaytarmamışdır. Pulları qaytarmadığına görə Tərlanın xahişi ilə Cavabdeh ilə dəfələrlə danışmış, sonuncu hər dəfə müxtəlif vədlər verərək verdiyi vədinə əməl etməmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Xətai rayon Prokurorluğuna ünvanlandığı xx.xx.2022-ci il tarixli şikayət ərizəsindən görünür ki, İddiaçı 2021-ci ilin iyun ayında Cavabdeh 6000 manat məbləğində borca verdiyi pulu ala bilmədiyini və bu işdə ona köməklik edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Bakı şəhər Xətai RPİ-nin 34-cü Polis şöbəsinə yazdığı izahatından görünür ki, Cavabdeh İddiaçı şikayət ərizəsi ilə tanış olmuş və bildirmişdir ki, “mən pulu Tərlan xanımdan faizə almışam və bir qismini qaytarmışam, qalan hissəsini isə, yəni faiz kimi qalan pulu yaxın müddətdə qaytaracam”. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai RPİ-nin 34-cü Polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, təhqiqat zamanı Cavabdeh faktla bağlı izahatı alınmış, verdiyi izahatında İddiaçı 6000 manat məbləğində pulu ona faizə verdiyini, pulun bir hissəsini qaytardığını, qalan hissəsinin isə faiz olduğunu bidirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-cı maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 6000 manat məbləğində pul borc almışdır. Həmin borcdan cavabdeh 200 manat qaytarmışdır. Cavabdeh qalan 5800 manat pulu hal-hazıradək iddiaçıya qaytarmamışdır. Borcun ödənilməsi üçün iddiaçı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, etdiyi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia əsaslı olduğu üçün təmin edilməli və Cavabdeh 5800 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 81 manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 81 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Cavabdeh 5800 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 81 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1428/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1428/2023
04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver