Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1445/2025 17.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 5150 manat borc pul və ödənilmiş 72 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 2024-cü ilin avqust ayında Cavabdeh2 banka borcu olduğunu bildirərək borcu bağlamaq üçün və yenidən kredit götürmək üçün ondan 5150 manat borc istəmişdi. O, da cavabdehə inandığı üçün həmin 5150 manat pulu Cavabdeh2 vermişdir. Cavabdeh2 banka olan borcunu bağlasa da, bankdan yeni kredit götürməmiş və onun pulunu qaytarmamışdır. Bundan sonra, DİN-nin 102 zəng xidmətinə müraciət etmiş, polis şöbəsində araşdırma aparılmış və cavabdehlərin izahatları alınarkən cavabdehlər ona 5150 manat borcları olduğunu etiraf etmişlər. Həmçinin Cavabdeh2 ondan pulu alarkən oğlu, yəni digər Cavabdeh1 da onların yanında olmuşdur və ona görə də 5150 manat pulu cavabdehlərin hər ikisindən tələb edir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı etiraf edərək izahatında göstərdi ki, banka olan kredit borcunu bağlamaq və yenidən kredit götürmək üçün pula ehtiyacı olduğundan 2024-cü ilin avqust ayında İddiaçı 5150 manat borc pul almışdır. Banka olan borcunu ödəsə də, yenidən kredit götürə bilməmiş və bu səbəbdən də İddiaçı pulunu qayatara bilməmişdir. Hazırda maddi imkanı olmadığından borcunu ödəyə bilmir. Lakin, gələcəkdə aldığı pensiyadan hissə-hissə də olsa borcunu ödəyəcəkdir. Ona görə də iddianı qəbul edir və iddanın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdeh X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh2 izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 2024-cü ilin avqust ayında İddiaçı 5150 manat borc pul almışdır. Bu hal Cavabdeh2 məhkəmə baxışı zamanı vermiş olduğu etirafedici izahatı ilə də təsdiq olunmuşdur. Buradan da göründüyü kimi hazırki müqavilə İddiaçı ilə Cavabdeh2 arasında olmuşdur və bu razılaşmanın digər Cavabdeh1 heç bir aidiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh2 5150 manat borc pul alınaraq İddiaçı verilməli və iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. İşdə olan 19 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, X3 72 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 72 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 5150 manat borc pul və ödənilmiş 72 manat dövlət rüsumu, cəmi 5222 (beş min iki yüz iyirmi iki) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1445/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1445/2025
17.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver