Məhkəmə qərarları › İş №2(017)-1458/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1458/2023

03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1458/2023 03.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək izahatında göstərdi ki, hazırkı iş üzrə Cavabdeh qızının əri Elmar vasitəsilə tanımışdır. Elmar onun yanına gələrək dostu Sədiyə borca pul lazım olduğunu demiş, onunla razılaşaraq 30 yanvar 2019-cu il tarixdə Sədi ilə görüşmüş, sonuncuya 60000 manat borca pul vermişdir. Bununla bağlı Sədi ilə aralarında kredit müqaviləsi bağlanmışdır. Uzun müddət bir-birilərini tanıdığına, qızının həyat yoldaşı Elmarla yaxın dost olduqlarına görə 20000 manat puldan vaz keçir, ona bağışlayır. Ona görə də yerdə qalan 40000 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh 40000 manat pul tələbinə dair iddianı qəbul etdi və izahatına göstərdi ki, İddiaçı qızının əri Elmarla yaxın dost olmuşlar. Elmar vasitəsilə İddiaçı tanımışdır. Ona pul lazım olduğuna görə Yunusa müraciət etmiş, ondan borca pul almış, aralarında kredit müqaviləsi bağlanmışdır. Maddi vəziyyəti pisləşdiyinə görə borcunu qaytara bilməmişdir. Hazırda iddiaçı ondan verdiyi borca görə 40000 manat pul tələb edir. Həmin 40000 manat pul tələbinə dair iddianı qəbul edir. Yaranmış borcunu 18 ay müddətinə qaytaracağına söz verir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və notariat qaydasında təsdiq edilmiş 30 yanvar 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 60000 manat məbləğində borc pul almışdır. Həmin borcunu 2021-ci ilin yanvar ayının 30-na kimi iddiaçıya qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Mülki işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiqi olunmuş İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasını dəqiqləşdirərək həcmini azaldıb 40000 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiqi olunmuş Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı ona qarşı 40000 manat pul tələbinə dair iddiasını qəbul edir. İddiaçı olan borcunu 18 ay müddətinə qaytaracağına söz verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə borc verən pula və digər əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürür. Borc alan isə aldığı borcu borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsində göstərildiyi kimi, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 60000 manat məbləğində borc pul almışdır. Həmin borcunu 2021-ci ilin yanvar ayının 30-na kimi iddiaçıya qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Hazırda İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasını dəqiqləşdirərək həcmini azaldıb 40000 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İddiaçı ona qarşı 40000 manat pul tələbinə dair iddiasını qəbul edir. İddiaçı olan borcunu 18 ay müddətinə qaytaracağına söz verir. Məhkəmə iddia tələbini təmin edərkən, iş materiallarına əlavə edilmiş rəsmi sənədlərə də hüquqi qiymət vermişdir. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki mübahisəyə tətbiq edən məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi göstərilən həmin maddi normalara əsasən iddia təmin edilməli və Cavabdeh 40000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 270 manat məbləğində dövlət rüsumundan ibarətdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 270 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 40000 manat (qırx min manat) məbləğində borc və 270 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar