Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1463/2023 14.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə notariat qaydasında aralarında 23 iyun 2021-ci il tarixdə kredit müqaviləsi bağlayaraq sonuncuya 10000 manat borc pul vermişdir. Pulun qaytarılmasına dair razılaşdıqları müddət başa çatdığına görə ərizə ilə notariusa müraciət etmiş, icra qeydi verilmiş və icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin icra qeydi üzrə icra işi açılmış və hazırda icraatdadır. Buna baxmayaraq bu işləri yaxşı bilmədiyinə görə həmin kredit müqaviləsi üzrə yenidən məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 21 noyabr 2022-ci il tarixli 1111 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər 52 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixində təsdiq edilmiş, 3M-580 reyestr nömrəli kredit müqaviləsi üzrə aparılmış icra qeydi (müvafiq olaraq 10000 AZN) icra olunmaq üçün Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 476/23-38-2 nömrəli məktubundan görünür ki, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 8İ-12534 nömrəli, 21 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh 10000 manat borc və 25 manat dövlət rüsumu tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İcra qeydi xx.xx.2022-ci il tarixdə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəfə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı icra tədbirləri davam etdirilir. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Həmin Qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, mübahisə predmeti olan 10000 manat məbləğində pulun borclu Cavabdeh tələbkar İddiaçı xeyrinə alınmasına dair “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən 21 noyabr 2022-ci il tarixdə Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 8İ-12534 reyestr nömrəli icra qeydi verildiyindən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-ci maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261- 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1463/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1463/2023
14.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver