Məhkəmə qərarları › İş №2(017)-1479/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1479/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1479/2024 29.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi qardaşı Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi qardaşı Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı onun doğma qardaşıdır. X1 rayonu, Hindarx qəsəbə sakini Cavabdeh 2850 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. Qeyd edilən hal məhkəmənin hazırlıq iclasında təqdim edəcəyi video çəkilişdə öz əksini tapmışdır. Belə ki, çəkilişdə çıxış edən Cavabdeh etiraf edir ki, iddiaçıya 2850 ABŞ dolları məbləğində borcu var. İddiaçı həmin pulu cavabdehdən dəfələrlə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh İddiaçı xeyrinə 2850 ABŞ dolları məbləğində borcun və ödənilmiş 70 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi qardaşı Nümayəndə iddia tələbini müdafiə edib izahatında göstərdi ki, İddiaçı onun doğma qardaşıdır. X1 rayonu, Hindarx qəsəbə sakini Cavabdeh 2850 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. İddiaçı dəfələrlə Cavabdeh borcun qaytarılmasını tələb etsə də, hazırkı vaxtadək cavabdeh tərəfindən heçbir ödəniş olunmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin olunmaqla Cavabdeh 2850 ABŞ dolları məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavbdeh Cavabdeh iddianı qəbul etdi və izahat verərək göstərdi ki, ehtiyacı olduğu üçün iddiaçıdan 2850 ABŞ dolları məbləğində pulu borc aldığını, sonradan maddi çətinlikləri olduğu üçün borcunu qaytarmadığını, hissə-hissə iddiaçıya olan borcunu tam ödəyəcəyini və iddianın tam təmin olunmasına etirzaı olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarına əlavə edilmiş video çəkilişdən görünür ki, Cavabdeh İddiaçı 2850 ABŞ dolları borcu olduğunu etiraf edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əbzdən görünür ki, iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı ehtiyacı olduğu üçün 2850 ABŞ dolları məbləğində borc pul almışdır. Cavabdeh tərəfindən bu günədək iddiaçıya heç bir məbləğdə pul qaytarılmamışdır. Cavabdeh borcu olduğunu etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddianın irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamaə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 70 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı götürdüyü puldan iddiaçıya heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2850 (iki min səkkiz yüz əlli) ABŞ dolları məbləğində borc pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və dövlət rusumuna görə ödənilmiş 70 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar