Məhkəmə qərarları › İş №2(017)-1504/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1504/2025

17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1504/2025 17.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13 və Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, atası X2 ilə anası X10 nikahlarından xx.xx.1965-ci il tarixdə özü, xx.xx.1956-cı il tarixdə X9 və xx.xx.1958-ci il tarixdə X11 doğulmuşdur. X1 xx.xx.1957-ci il tarixdə, digər qardaşı X11 isə xx.xx.1958-ci il tarixdə vəfat etmişlər, hər ikisi Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində olan kənd qəbiristanlığında dəfn olunmuşlar. Qardaşlarının ölümü qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir, miras qalmış torpaqla bağlı sənədləşmə işləri yekunlaşmır. Qeydiyyat şöbəsinə müraciət etmiş, qardaşlarının ölüm faktının müəyyən olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görüblər. Ona görə də xx.xx.1956-cı il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində anadan olmuş X4 xx.xx.1957-ci il tarixdə, xx.xx.1958-ci il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində anadan olmuş X5 xx.xx.1958-ci il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində ölmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi məhkəməyə məktub göndərmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Onların valideynləri Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşamışlar. Sonradan Ağcabədi rayonuna köçmüşlər. Qardaşları Qoçəli və Qulam uşaq yaşlarında vəfat etmişlər. Qoçəli xx.xx.1957-ci il tarixdə, Qulam isə xx.xx.1958-ci il tarixdə ölmüşlər və hər ikisi Ağdam rayonun Quzanlı qəsəbəsində olan kənd qəbiristanlığında dəfn olunmuşlar. Məhkəmə iclasında şahid X3 şahid X6 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, X9 xx.xx.1956-cı il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində doğulmuşdur. Bu barədə xx.xx.1956-cı il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 40 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, X11 xx.xx.1958-ci il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində doğulmuşdur. Bu barədə xx.xx.1958-ci il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 03 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon İHB-nın Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsdiq etdiyi xx.xx.2025-ci il tarixli aktdan və eyni tarixli arayışdan görünür ki, xx.xx.1956-cı il tarixdə doğulmuş X9 xx.xx.1957-ci il tarixdə, xx.xx.1958-ci il tarixdə doğulmuş X11 isə xx.xx.1958-ci il tarixdə vəfat etmişlər. İş materiallarına əlavə olunmuş Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış, qardaşları X4 və X5 ölüm haqqında akt qeydləri arxivdə aşkar olunmamış, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1956-cı il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində anadan olmuş X9 xx.xx.1957-ci il tarixdə, xx.xx.1958-ci il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində anadan olmuş X11 isə xx.xx.1958-ci il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində vəfat etmiş və qəsəbə qəbiristanlığında dəfn edilmişlər. Məhkəmə hesab edir ki, xx.xx.1956-cı il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində anadan olmuş X4 xx.xx.1957-ci il tarixdə, xx.xx.1958-ci il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində anadan olmuş X5 isə xx.xx.1958-ci il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində ölmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində anadan olmuş X4 xx.xx.1957-ci il tarixdə, xx.xx.1958-ci il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində anadan olmuş X5 isə xx.xx.1958-ci il tarixdə Ağdam rayonun Quzanlı qəsəbəsində ölmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar