Məhkəmə qərarları › İş №2(017)-1553/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1553/2023

21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1553/2023 21.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 14 fevral 1989-cu il tarixdə anadan olmuş oğlu X1 26 avqust 1989-cu il tarixdə, 28 noyabr 1991-ci il tarixdə anadan olmuş oğlu X5 23 noyabr 1999-cu il tarixdə Ağcabədi rayonunun Aran kəndində ölmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 14 fevral 1989-cu il tarixdə anadan olmuş oğlu X6 26 avqust 1989-cu il tarixdə, 28 noyabr 1991-ci il tarixdə anadan olmuş oğlu X8 isə 23 noyabr 1999-cu il tarixdə Ağcabədi rayonunun Aran kəndində vəfat etmişlər və kənd qəbiristanlağında dəfn olunmuşlar. Uşaqlarına ölümü haqqında şəhadətnamə almamış, hazırda da uşaqlarının ölümünü təsdiq edən tibbi sənəd olmadığından Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamə verilməmişdir. Lakin həmin orqanda ona izah edilmişdir ki, ölüm haqqında şəhadətnaməni almaq üçün rayon məhkəməsinə müraciət etmək hüququ vardır. Ona görə də göstərdiklərini nəzərə alaraq 14 fevral 1989-cu il tarixdə anadan olmuş oğlu X1 26 avqust 1989-cu il tarixdə, 28 noyabr 1991-ci il tarixdə anadan olmuş oğlu X5 23 noyabr 1999-cu il tarixdə Ağcabədi rayonunun Aran kəndində ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmədə iştirak etməsə də, məhkəməyə ünvanladığı 03 avqust 2023-cü il tarixli məktubda mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını qanuna uyğun hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi uşaqları-14 fevral 1989-cu il tarixdə anadan olmuş X6 26 avqust 1989-cu il tarixdə, 28 noyabr 1991-ci il tarixdə anadan olmuş X8 23 noyabr 1999-cu il tarixdə Ağcabədi rayonunun Aran kəndində vəfat etmişlər. Həmin uşaqlar Ağcabədi rayonunun Aran kənd qəbiristanlığında dəfn olunmuş və mərhumların yas mərasimində iştirak etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin uşaqlara ölüm haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş ərizəçinin həmkəndlisi X4 şahid X2 ifadəsinə uyğun ifadə verdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs 27 aprel 2023-cü il tarixli arayışından və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 fevral 1989-cu il tarixdə, X8 28 noyabr 1991-ci il tarixdə anadan olmuşlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli və 27 aprel 2023-cü il tarixli məktublardan görünür ki, 14 fevral 1989-cu il tarixdə anadan olmuş X6 və 28 noyabr 1991-ci il tarixdə anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin 14 fevral 1989-cu il tarixdə anadan olmuş oğlu X6 26 avqust 1989-cu il tarixdə, 28 noyabr 1991-ci il tarixdə anadan olmuş oğlu X8 23 noyabr 1999-cu il tarixdə Ağcabədi rayonunun Aran kəndində vəfat etmişlər, lakin mərhumlara ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi uşaqlarının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməklə onun 14 fevral 1989-cu il tarixdə anadan olmuş oğlu X1 26 avqust 1989-cu il tarixdə, 28 noyabr 1991-ci il tarixdə anadan olmuş oğlu X5 23 noyabr 1999-cu il tarixdə Ağcabədi rayonunun Aran kəndində ölmələri faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 14 fevral 1989-cu il tarixdə anadan olmuş X1 26 avqust 1989-cu il tarixdə, 28 noyabr 1991-ci il tarixdə anadan olmuş X5 23 noyabr 1999-cu il tarixdə Ağcabədi rayonunun Aran kəndində ölmələri faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar