Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-16/2024 01.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh onun əmisi oğludur. Cavabdeh ilə 2022-ci ilin aprel ayında 12 hektar torpaq sahəsini 12000 manata icarəyə götürüb qarpız əkib əldə olunmuş gəliri iki yerə bölmələri barədə razılığa gəlmişlər. Aralarında olan razılaşmaya görə torpaq sahəsini icarəyə götürmək və icarə haqqını ödəmək vəzifəsi onun, digər işləri, yəni qarpızı əkib becərməyi, satışını və s. təşkil etməyi isə Şamil öz üzərinə götürmüşdür. Bu məqsədlə Ağcabədi rayonu ərazisində “Xam torpaq” adlanan ərazidə 12 hektar torpaq sahəsi icarəyə götürmüş və icarə haqqı olaraq 12000 manat pul onun tərəfindən ödənilmişdir. Bundan sonra cavabdehlə torpaq sahəsində qarpız əkmiş və bol məhsul əldə etmişlər. Onun hesablamalarına görə təxminən 632 ton qarpız yığılıb və satılmışdır. Həmin vaxt qarpızın 1 kq topdan satış qiyməti 22 qəpik olmuşdur. Həmin qarpızın bir hissəsi Bakı şəhərində, qalan hissəsi isə bostan üstündə satılmışdır. Şamil ona cəmi 12000 manat pul, yəni icarə haqqı olaraq onun tərəfindən ödənilmiş pulun əvəzini vermişdir. Şamilin deməsinə görə qarpız əkinində özü 12300 manat pul xərcləmişdir. Əldə olunan qazanc ancaq xərcləri bağlamışdır. Lakin əldə olunan qazancdan xərclər çıxıldıqdan sonra onun hesablamasına görə hərəyə 18300 manat pul çatmalı idi. Həmin pul ona verilməmişdir. Dəfələrlə cavabdehdən onun payına düşən 18300 manat pulun verilməsini tələb etmiş, lakin cavabdeh həmin pulu verməkdən yayınmışdır. Bu barədə Ağcabədi rayon polis şöbəsinə müraciət etmiş, məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Ona görə də Cavabdeh məhrum olduğu qazancın əvəzi olaraq 18300 manat pulun, qiymətləndirmə rəyinin dəyərini təşkil edən 550 manat məbləğində xidmət haqqı və dövlət rüsumuna görə ödənilmiş 144,9 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı onun əmisi oğludur. Onlar 2022-ci ilin aprel ayında öz aralarında razılığa gəlmişlər ki, torpaq sahəsi icarəyə götürüb qarpız əksinlər. Əldə olunan qazancdan çəkilən xərclər çıxıldıqdan sonra qalan pulu aralarında bölsünlər. Ülvi Ağcabədi rayonu ərazisində “Xam torpaq” adlanan ərazidə 12 hektar torpaq sahəsi icarəyə götürmüş və icarə haqqı olaraq 12000 manat pul ödəmişdir. Qalan xərclər onun tərəfindən çəkilmiş və həmin xərclərə görə 12300 manat ödəniş etmişdir. Təxminən onların çəkdikləri xərclər eyni olmuşdur. Əldə olunmuş qazancdan Ülvinin ödədiyi icarə haqqının əvəzi olaraq 12000 manat ona vermiş, qalan pulları isə çəkdiyi 12300 manat xərcin əvəzi olaraq özünə götürmüşdür. Məhsul yığımı zamanı yığıma nəzarət etməsini Ülviyə demiş, lakin Ülvi ona etibar etdiyini bildirmişdir. 12 ha torpaq sahəsindən təxminən 400 ton qarpız yığılmışdır. Hər kamazda 15 t olmaqla, 11 kamaz yükü Bakıya aparmış, hər kiloqramını 0,12 manata (1t x 0,12 = 120 manat) satmışdır. Yerdə qalan qarpızları sahədə bostan üstündə, hər qazeldə 4,5 ton olmaqla təxminən 50 qazel qarpızı hər kiloqramını 0,10 qəpiyə satmışdır. 1 kamaz yükün Bakıya yol xərci 400 manat, 1 ton qarpızın sahədən yığılması və avtomobilə yüklənməsi üçün fəhlə xərci isə 20 manat təşkil etmişdir. Əldə etdiyi pullar çəkdikləri xərci ancaq ödəmişdir. Ona görə də iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə da iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağcabədi X5 mərkəzinin 17 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı Ağcabədi rayon Statistika İdarəsindən alınan məlumatlara əsasən 2022-ci təsərrüfat ilində Ağcabədi rayonu ərazisində ümumilikdə 442 hektar torpaq sahəsində qarpız bitkisi əkilib becərildiyi və hər hektar qarpız sahəsindən 23810 kq olmaqla ümumilikdə 10524 ton qarpız məhsulu istehsal edildiyi müəyyən edilmişdir. Əkildiyi torpaqiqlim şəraitindən və aqrotexniki qaydalara uyğun olaraq becərilməsindən asılı olaraq qarpız bitkisinin hər hektarından 20-80 ton arasında məhsul əldə oluna bilər. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı 2022-ci kənd təsərrüfatı ilində Ağcabədi rayonunun “Xam torpaq” adlanan ərazisində 12 ha əkin sahəsində yaxın qohumu Cavabdeh ilə aralarındakı şifahi əqdə əsasən müştərək (şərikli) əkdikləri məhsuldar karistan fİ və digər qarışıq növlərində qarpız bitkisindən heç bir fors-major halı baş verməsəydi (12 x 50) = 660 ton əmtəəlik qarpız məhsulu əldə olunması ehtimal olunur. Bir kiloqram standarta uyğun əmtəəlik qarpızın 2022ci ildə orta topdan satış bazar qiyməti 0,18 qəpik təşkil edir. Beləliklə, İddiaçı 2022-ci kənd təsərrüfatı ilində Ağcabədi rayonunun “Xam torpaq” adlanan ərazisində 12 ha əkin sahəsində yaxın qohumu Cavabdeh ilə aralarındakı şifahi əqdə əsasən müştərək (şərikli) əkdikləri məhsuldar karistan fİ və digər qarışıq növlərində qarpız bitkisindən əldə olunmuş məhsul - əmtəəlik qarpızların 2022-ci il dövründə formalaşmış orta topdan satış bazar qiymətilə dəyəri (600000 kq x 0,18) = 108000,0 manat təşkil edir. Qarpız bitkisinə vegetasiya müddətində çəkilən xərclər, daşınma və satış xərclərinə dair müvafiq məlumatlar verilmədiyindən xərclərin məhkəmədə qarşılıqlı sübutu cavabdeh və iddiaçının məsuliyyətinə aid edilir. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyindən və xx.xx.2023-cü il tarixli 25291 nömrəli qəbzdən görünür ki, İddiaçı qiymətləndirmə rəyinin dəyərini təşkil edən 550 manat məbləğində xidmət haqqını "xxxx" MMC-nin bank hesabına ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağcabədi X5 Mərkəzinin 01 dekabr 2023-cü il tarixli 3-22-3-4/2-68/2023 nömrəli rəyindən görünür ki, 2022-ci kənd təsərrüfatı ilində Ağcabədi rayonunun “Xam torpaq” adlanan ərazisində 12 ha qarpız əkini sahəsindən və ətraf ərazilərdə qarpız bitkisi əkib becərməklə hər bir hektar sahədən 50 ton və daha yüksək məhsul əldə etmək mümkündür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2024-cü il tarixli 3-16-16/2-9/8901-7/1599 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Ağcabədi Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağcabədi X5 X1 müdiri Azamin Abdullayev tərəfindən tərtib edilmiş 01 dekabr 2023-cü il tarixli 3-22-3-4/2-68/2023 nömrəli rəyinə əsasən 2022-ci kənd təsərrüfatı ilində Ağcabədi rayonunun “Xam torpaq” adlanan ərazisində 12 ha qarpız əkini sahəsindən və ətraf ərazilərdə qarpız bitkisi əkib becərməklə hər bir hektar sahədən 50 ton və daha yüksək məhsul əldə etmək mümkündür. Ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında göstərilən 1 kiloqram qarpızın 2022-ci il mövsüm (kənd təsərrüfatı ilində) üzrə topdan satış orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: Ağcabədi rayonunda 0,12 manat; Bakı şəhəri üzrə 0,15 manat. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2024-cü il tarixli 3-16-16/2-9/8901-7/1599 nömrəli ekspert xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası "xxxx" MMC-nin 20 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2024-cü il tarixli 3-16- 16/2-9/8901-7/1599 nömrəli ekspert rəyini müqayisəli şəkildə tədqiq edib məhkəmə hesab edir ki, ekspert rəyi xüsusi biliyə və iş stajına malik ekspert tərəfindən verildiyindən, daha mötəbər və əsaslı faktlara əsaslandığından həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilərək qəbul edilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki hallarin həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsasi tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasinın dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarina görə aradan qalxmırsa) iddia haqli sayılir, uzlaşmırsa əsassiz hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artiq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasina ehtiyac qalmir, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazirki işdə tərəflər arasında birgə fəaliyyət göstərmə barədə müqavilə olmuş iddiaçi müqavilə üzrə öz öhdəliyini yerinə yetirmiş, cavabdeh isə öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçi Cavabdeh qazanc olaraq məhrum olduğu 18300 manat pulun tutularaq ona ödənilməsini tələb edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 13, 385, 386, 390, 442, 443-cü maddələri təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, iddia edir ki Cavabdeh ilə 2022-ci ilin aprel ayında 12 hektar torpaq sahəsini 12000 manata icarəyə götürüb qarpiz əkib əldə olunmuş gəliri iki yerə bölmələri barədə raziliğa gəlmişlər. Aralarinda olan razılaşmaya görə torpaq sahəsini icarəyə götürmək və icarə haqqını ödəmək vəzifəsi onun, digər işləri, yəni qarpızı əkib becərməyi, satışini və s. təşkil etməyi isə Şamil öz üzərinə götürmüşdür. Bu məqsədlə Ağcabədi rayonu ərazisində “Xam torpaq” adlanan ərazidə 12 hektar torpaq sahəsi icarəyə götürmüş və icarə haqqı olaraq 12000 manat pul onun tərəfindən ödənilmişdir. Bundan sonra cavabdehlə torpaq sahəsində qarpiz əkmiş və bol məhsul əldə etmişlər. Onun hesablamalarına görə təxminən 632 ton qarpiz yiğilib və satılmışdır. Həmin vaxt qarpizin 1 kq topdan satış qiyməti 22 qəpik olmuşdur. Həmin qarpızın bir hissəsi Baki şəhərində, qalan hissəsi isə bostan üstündə satılmışdır. Samil icarə haqqı kimi ödədiyi pulun əvəzi olaraq ona cəmi 12000 manat pul vermişdir. Şamilin deməsinə görə qarpız əkinində özü 12300 manat pul xərcləmişdir. Əldə olunan qazanc ancaq xərcləri bağlamışdır. Lakin əldə olunan qazancdan xərclər çıxıldıqdan sonra onun hesablamasına görə hərəyə 18300 manat pul çatmali idi. Həmin pul ona verilməmişdir. Dəfələrlə cavabdehdən onun payına düşən 18300 manat pulun verilməsini tələb etmiş, lakin cavabdeh hamin pulu verməkdən yayınmışdır. Bu barədə Ağcabədi rayon polis şöbəsinə müraciət etmiş, məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Ona görə də Cavabdeh Abiş oğlundan məhrum olduğu qazancın əvəzi olaraq 18300 manat pulun, qiymətləndirmə rəyinin dəyərini təşkil edən 550 manat məbləğində xidmət haqqı və dövlət rüsumuna görə ödənilmiş 144,9 manat pulun alinaraq ona verilməsinə dair qətnamə cıxarılmasını xahiş edir. Cavabdehin iddia tələbinə etirazından müəyyən edilir ki, İddiaçı onun əmisi oğludur, onlar 2022-ci ilin aprel ayında öz aralarında razılığa gəlmişlər ki, torpaq sahəsi icarəyə götürüb qarpız əksinlər, əldə olunan qazancdan çəkilən xərclər çıxıldıqdan sonra qalan pulu aralarında bölsünlər. Ülvi Ağcabədi rayonu ərazisində "Xam torpaq" adlanan ərazidə 12 hektar torpaq sahəsi icarəyə götürmüş və icarə haqqı olaraq 12000 manat pul ödəmişdir. Qalan xərclər onun tərəfindən çəkilmiş və həmin xərclərə görə 12300 manat ödəniş etmisdir. Təxminən onlarin çəkdikləri xərclər eyni olmuşdur. Məhsul yiğimi zamanı yiğıma nəzarət etməsini Ülviyə demiş, lakin Ülvi ona etibar etdiyini bildirmisdir. 12 ha torpaq sahəsindən təxminən 400 ton qarpız yığılmışdır. Hər kamazda 15 t olmaqla 11 kamaz yükü Bakıya aparmış, hər kiloqramını 0,12 manata (1t x 0,12=120 manat) satmısdır. Yerdə qalan qarpızları sahədə bostan üstündə, hər qazeldə 4,5 ton olmaqla təxminən 50 qazel qarpizi hər kiloqramını 0,10 qəpiyə satmışdır. 1 kamaz yükün Bakıya yol xərci 400 manat, 1 ton qarpızın sahədən yiğilmasi və avtomobilə yüklənməsi üçün fəhlə xərci isə 20 manat təşkil etmişdir Əldə etdiyi pullar çəkdikləri xərci ancaq ödəmişdir. Ona görə də iddianin təmin edilməməsinə dair qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarinda olan sübutlardan müəyyən etmişdir ki, tərəflər qarpız məhsulunun yetişdirilməsi və satışı ilə bağlı birgə fəaliyyət haqqında müqavilə bağlamiş, müqavilənin şərtlərinə görə iddiaçi İddiaçı Ağcabədi rayonu ərazisində "Xam torpaq" adlanan ərazidə 12 hektar torpaq sahəsi üçün icarə haqqını (iddiaçi tərəfindən icarəyə götürdüyü 12 hektar torpaq sahəsinə görə ödədiyi 12000 manat icarə haqqı həm iddiaçı həm də, cavabdeh işin mübahisəsiz halı kimi qəbul edir) ödəməklə icarəyə götürür, cavabdeh Samil Quliyev isə icarəyə götürülmüş sahədə qarpız məhsulu əkib-becərir və bununla bağlı xərci (cavabdeh tərəfindən icarəyə götürülmüş 12 hektar torpaq sahəsində qarpız məhsulunun yetisdirilməsi üçün12300 manat çəkdiyi xərci həm iddiaçı həm də cavabdeh işin mübahisəsiz halı kimi qəbul edir) özü çəkir sonda məhsulun satışından əldə olunan gəlir tərəflər arasında bərabər bölünür. Məhkəmə qeyd edir ki, tərəflərin iradəsini azad şəkildə ifadə edən və qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirən birgə fəaliyyət göstərmə barədə yazılı müqavilə olmasa da, tərəflər birgə fəaliyyət göstərmə barədə razılığa gəlmələrini etiraf edirlər. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-yə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Belə ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, tərəflər arasında birgə fəaliyyət barədə müqavilə münasibəti yaranmışdır. Belə olan halda məhkəmə müəyyən etməlidir ki, iddiaçı və cavabdeh hansı öhdəlikləri üzərilərinə götürmüş və müqavilə öhdəliyini kim icra etməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni Ağcabədi rayonu ərazisində “Xam torpaq” adlanan ərazidə 12 hektar torpaq sahəsi icarəyə götürmüş və icarə haqqı olaraq 12000 manat pul onun tərəfindən ödənilmişdir. Cavabdehin məhkəməyə bildirdiyinə görə isə 12 ha torpaq sahəsindən təxminən 400 ton qarpız yığılmışdır. Hər kamazda 15 t olmaqla, 11 kamaz yükü Bakıya aparmış, hər kiloqramını 0,12 manata (1t x 0,12 = 120 manat) satmışdır. Yerdə qalan qarpızları sahədə bostan üstündə, hər qazeldə 4,5 ton olmaqla təxminən 50 qazel qarpızı hər kiloqramını 0,10 qəpiyə satmışdır. 1 kamaz yükün Bakıya yol xərci 400 manat, 1 ton qarpızın sahədən yığılması və avtomobilə yüklənməsi üçün fəhlə xərci isə 20 manat təşkil etmişdir. Əldə etdiyi pullar çəkdikləri xərci ancaq ödəmişdir. Lakin əldə edilmiş sübutlarla müəyyən olunur ki, 2022-ci kənd təsərrüfatı ilində Ağcabədi rayonunun “Xam torpaq” adlanan ərazisində 12 ha qarpız əkini sahəsindən və ətraf ərazilərdə qarpız bitkisi əkib becərməklə hər bir hektar sahədən 50 ton və daha yüksək məhsul əldə etmək mümkündür. Ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında göstərilən 1 kiloqram qarpızın 2022-ci il mövsüm (kənd təsərrüfatı ilində) üzrə topdan satış orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: Ağcabədi rayonunda 0,12 manat; Bakı şəhəri üzrə 0,15 manat təşkil etmişdir. Həmçinin müəyyən edilmişdir ki, 1 ton qarpızın sahədən yığılması və avtomobilə yüklənməsi üçün fəhlə xərci 20 manat təşkil etmişdir. Belə olan halda cavabdeh sübut etməlidir ki, həqiqətən iddiaçı ilə birgə fəaliyyət barədə bağladıqları müqavilə üzrə öhdəliyi vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etmiş və iddiaçını gözlədiyi qazancdan məhrum etməmiş, ona ziyan vurmamışdır. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Qeyd edilən maddi hüquq normasından və mülki qanunvericiliyin sahibkarlıqla bağlı digər müddəalarından müəyyən edildiyi kimi, şəxs sahibkarlıqla bağlı fəaliyyətlə müstəqil şəkildə, şəxsi riski ilə məşğul olur. Bu zaman birgə fəaliyyət tərəfləri arasında müqavilədən irəli gələn öhdəliklərlə bağlı mübahisələrin həll ediməsi üçün müqavilənin şərtləri ilə bağlı hallar tam aydın olmalıdır. Hazırki mübahisədə tərəflərin üzərinə götürdükləri öhdəliyin şərtləri ilə bağlı mübahisə olmasa da, cavabdeh öhdəliyi yerinə yetirməsini qarpız məhsulunun satışından əldə olunan vəsaitin məhz 12000 + 12300 = 24300 manat, yəni iddiaçının icarə haqqı kimi ödədiyi 12000 manat və cavabdehin qarpızın əkilməsi və becərilməsi ilə əlaqədar çəkdiyi 12300 manat həddində pul vəsaitinin əldə etməsi ilə izah edir, lakin onun bu izahı məhkəməyə inandırıcı və iş üçün mühüm əhəmiyyəti olan tutarlı sübutları təqdim etmir. Əksinə məhkəmə icraatı zamanı əldə olunmuş sübutlardan müəyyən olunur ki, 2022-ci kənd təsərrüfatı ilində Ağcabədi rayonunun “Xam torpaq” adlanan ərazisində 12 ha qarpız əkini sahəsinin hər hektarından 50 ton, 1 kiloqram qarpızın 2022-ci il mövsüm (kənd təsərrüfatı ilində) üzrə topdan satış orta bazar qiyməti Ağcabədi rayonunda 0,12 manat (1 tonu 120 manat) olması nəzərə alınmaqla, əldə olunmuş gəlir, yəni 12 ha x 50 ton = 600 ton x 120 manat = 72000 manat təşkil edir. 2022-ci kənd təsərrüfatı ilində qarpız məhsulun əldə olunması üçün çəkilən xərclər: 12 ha əkin torpaq sahəsinin icarə haqqı 12000 manat, bostanın əkilməsi və becərilməsi xərcləri 12300 manat, 1 ton qarpızın sahədən yığılması və avtomobilə yüklənməsi üçün fəhlə xərci 20 manat olması nəzərə alınmaqla, çəkilən xərclər, yəni 12000 manat + 12300 manat + (600 ton x 20 manat) = 36300 manat təşkil edir. Burdan belə nəticə hasil olur ki, qarpız satışından əldə olunan xalis gəlir: 72000 manat – 36300 manat = 35700 manat olmaqla iddiaçı və cavabdehə düşən pay 17850 manat təşkil etməlidir. Cavabdehin iddia tələbinə etirazının digər əsası isə onun iddiaçı ilə birgə fəaliyyət barədə bağladıqları müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinin səbəbi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ərazidə qarpız məhsulunun çox olması, bu səbəbdən də, həmin məhsula tələbatın azalması, məhsulu sata bilməməsi nəticəsində, məhsulun bir hissəsinin xarab olması, bu barədə şəriki Ülviyə məlumat verməsinə baxmayaraq, ona kömək etməməsi, o, məcburiyyət qarşısında qalaraq məhsulun Bakı şəhərinə daşınaraq topdan satışının həyata keçirməsini təşkil etməsi, zaman məhsulun yığılması, maşına yüklənməsi və daşınması ilə əlaqədar əlavə xərclərə məruz qalması ilə bağlı olması ilə bağlıdır. Məhkəmə cavabdehin iddia tələbinə etirazının bu dəlilini də əsaslı hesab etmir. Çünki cavabdeh iddia tələbinə etirazın əsaslarını təşkil edən halların təsdiqi barədə məhkəməyə hər hansı sübutu təqdim etmir. Belə ki, əgər doğurdanda cavabdehin bildirdiyi kimi, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ərazidə qarpız məhsulunun çox olması, bu səbəbdən də, həmin məhsula tələbatın azalması, məhsulu sata bilməməsi nəticəsində, məhsulun bir hissəsinin xarab olması baş vermişdirsə, onda cavabdeh bunun həqiqət olduğunu təsdiq etmək üçün ən azından bu halın mövcudluğu (gələcəkdə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməməsinin səbəbi barədə) barədə müvafiq akt (məhsulun xarab olması barədə) tərtib etməli, iddiaçıya verdiyi məlumatı (iddiaçı məhkəmədə çarpaz dindirmə zamanı cavabdehin iddia tələbinə etirazı kimi göstərdikləri bu halları qəbul etməmiş və bunların yalan olduğunu bildirmişdir) rəsmiləşdirməli idi. Yalnız bu halda mülki hüquq münasibətlərinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirməsi, iddiaçı ilə aralarında razılaşma öhdəliyinin yerinə yetirilməməsinin onun təqsiri ucbatından baş verməməsi, həmçinin öhdəlik üzrə məsuliyyətin yaranmaması müəyyən edilə bilərdi ki, hansı ki, bu əsaslar işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Göründüyü kimi cavabdehin iddia tələbinə etirazın əsasları digər sübutlarla nəinki təsdiq olunur, əksinə sübut olunur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Ağcabədi X5 X3 tərəfindən tərtib edilmiş 01 dekabr 2023-cü il tarixli 3-22-3-4/2-68/2023 nömrəli rəyinə əsasən 2022-ci kənd təsərrüfatı ilində Ağcabədi rayonunun “Xam torpaq” adlanan ərazisində 12 ha qarpız əkini sahəsindən və ətraf ərazilərdə qarpız bitkisi əkib becərməklə hər bir hektar sahədən 50 ton və daha yüksək məhsul əldə etmək mümkün olmuş, həmçinin müəyyən edilir ki, 2022-ci kənd təsərrüfatı ilində qarpız məhsulun əldə olunması üçün çəkilən xərclər: 12 ha əkin torpaq sahəsinin icarə haqqı 12000 manat, bostanın əkilməsi və becərilməsi xərcləri 12300 manat, 1 ton qarpızın sahədən yığılması və avtomobilə yüklənməsi üçün fəhlə xərci 20 manat olması nəzərə alınmaqla, çəkilən xərclər, yəni 12000 manat + 12300 manat + (600 ton x 20 manat) = 36300 manat təşkil edir. Burdan belə nəticə hasil olur ki, qarpız satışından əldə olunan xalis gəlir: 72000 manat – 36300 manat = 35700 manat olmaqla iddiaçı və cavabdehə düşən pay 17850 manat təşkil etmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, yekun olaraq müəyyən edilmişdir ki, 2022-ci kənd təsərrüfatı ilində Ağcabədi rayonunun “Xam torpaq” adlanan ərazisində 12 ha qarpız əkini sahəsinin hər hektarından 50 ton, 1 kiloqram qarpızın 2022-ci il mövsüm (kənd təsərrüfatı ilində) üzrə topdan satış orta bazar qiyməti Ağcabədi rayonunda 0,12 manat (1 tonu 120 manat) olması nəzərə alınmaqla, əldə olunmuş gəlir, yəni 12 ha x 50 ton = 600 ton x 120 manat = 72000 manat təşkil edir. 2022-ci kənd təsərrüfatı ilində qarpız məhsulun əldə olunması üçün çəkilən xərclər: 12 ha əkin torpaq sahəsinin icarə haqqı 12000 manat, bostanın əkilməsi və becərilməsi xərcləri 12300 manat, 1 ton qarpızın sahədən yığılması və avtomobilə yüklənməsi üçün fəhlə xərci 20 manat olması nəzərə alınmaqla, çəkilən xərclər, yəni 12000 manat + 12300 manat + (600 ton x 20 manat) = 36300 manat təşkil edir. Burdan belə nəticə hasil olur ki, qarpız satışından əldə olunan xalis gəlir: 72000 manat – 36300 manat = 35700 manat olmaqla iddiaçı və cavabdehə düşən pay 17850 manat təşkil etməlidir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı hüquqi əsas kimi aşağıdakı maddi hüquq normalarını əsas göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. 16.1-ci maddəsinə əssən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirtdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə əldə edilmiş sübutlara yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq edərək yekun olaraq qənaətə gəlir ki, iddiaçının iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh qarpız məhsulunun satışından əldə olunmuş gəlirdən 17850 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Məhkəmə həmçinin hesab edir ki, qiymətləndirmə rəyinin dəyərini təşkil edən 550 manat məbləğində xidmət haqqı və dövlət rüsumuna görə ödənilmiş 144,9 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci cavabdehdən alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17850 manat məbləğində pul, qiymətləndirmə rəyinin dəyərini təşkil edən 550 manat məbləğində xidmət haqqı və ödənilmiş 144,9 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-16/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-16/2024
01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver