Məhkəmə qərarları › İş №2(017)-1603/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1603/2023

02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1603/2023 02.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Ağcabədhi rayon Vəkil bürosunun vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə ilasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı nümayəndəsi və vəkili Ağcabədi rayon Vəkil bürosunun vəkili Vəkil məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı 17 may 2021-ci il tarixdə Ağcabədi şəhər sakini, iş üzrə Cavabdeh 34.153 (otuz dörd min bir yüz əlli üç) manat məbləğində pulu iki ilə qaytarmaq şərti ilə yazılı qəbzlə borc oaraq Cavabdeh vermişdir. Lakin Cavabdeh bu günə qədər borclu olduğu 34.153 manat məbləğində puldan ona heç bir məbləğdə ödəniş etməmişdir. İddiaçı Cavabdeh borclu olğuğu pulu dəfələrlə tələb etsədə Natiqə borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh İddiaçı xeyrinə 34.153 manat məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 192 manat 50 qəpik tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Ağcabədi rayon Vəkil bürosunun vəkili Vəkil iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Cavabdeh 17 may 2021-ci il tarixdə İddiaçı yanına gələrək ona qızıl alveri etmək üçün vacib pul lazım olduğunu bildirmiş və qəbz yazıb imzalayaraq iki il müdətə qaytarmaq şərtilə iddiaçıdan 34.153 manat məbləğində borc pul almışdır. Lakin cavabdeh tərəfindən bu günə kimi borc olaraq alınmış puldan cəmi 1260 manat məbləğində ödəniş edilmiş və 32.893 manat borcu qalmışdır. Ona görə də məhkəmədən iddia tələbinin qismən təmin olunmaqla Cavabdeh 32.893 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, İddiaçı ilə şərikli olaraq qızıl və geyim əşyalarının alışı və satışı ilə məşğul olublar. Yəni o, qızıl və geyim əşyalarını satdıqdan sonra əldə etdiyi gəlirdən bir hissəsini «e Manat» aparatı vasitəsilə iddiaçının kart hesabına köçürnüş, bir hissəsini isə nağd şəkildə özünə vermişdir. Ümumilikdə o, iddiaçıya 38.000 manat pul qaytarmışır. Hazırda onun idiaçıya borcu yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş etdi. Cavabdheh tərəfindən məhkəməyə təqdim edilmiş diskə yüklənmiş və məhkəmə icasında dinlənilmiş whunatsip-p səs yazılarının heç bir hüquqi əsası yoxdur. Yəni səs yazılarında cavabdeh tərəfindən iddiaçıya pulun tam ödənilməsi heç bir əksin tapmır, həmçinin səs yazıları natamamlıq təşkil edir. Belə ki, səs yazıları tək iddiaçıya aiddir. İddiaçının fikirlərinə cavab olaraq cavabdeh tərəfindən cavab verilən heç bir səs yazısı yoxdur. İş materiallarına əlavə edilmiş 17 may 2021-ci il tarixli aktan görünür ki, Cavabdeh İddiaçı 34.153 manat məbləğində pul borcu olduğunu və bu borcu 2 il müddətə qaytarmağı öz öhdəliyinə götürmüş və imzası ilə təsdiq etmişdir. İş mteriallarına əlavə edilmiş 04 avqust 2021-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı adına olan bank kartına 200 manat, 02 sentyabr 2021-ci il tarixdə 200 manat, 08 mart 2022-ci il tarixdə 200 manat, 04 aprel 2022-ci il tarixdə 250 manat, 15 iyun 2022-ci il tarixdə 30 manat, 02 iyul 2022-ci il tarixdə 30 manat, 02 sentyabr 2022-ci il tarixdə 300 manat və 26 sentyabr 2022-ci il tarixdə 50 manat olmaqla, cəmi 1260 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı tərəfindən müxtəlif ticarət malları alqı-satqısı üçün borc olaraq 34.153 manat məbləğində pul verilmiş, lakin bu günədək həmin borcdan cavabdeh tərəfindən yalnız 1.260 manat məbləğdə ödəniş edilmiş, 32.893 manat məbləğdə isə iddiaçıya borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç blir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin mələğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh 34.153 manat məbləğində borc pul verilmiş və həmin borcun iki il müddətinə qaytarılması barədə tərəflər arasında razılıq olmuşdur. Hazırda cavabdeh tərəfindən iddiaçıya həmin borc puldan 1.260 manat məbləğində ödəniş edilmiş və cavabdehin iddiaçıya 32.893 manat məbləğində borcu qalmışdır. Bununla bağlı cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən 188 manat 68 qəpik məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qanuni və əsaslı olduğu üçün qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbayan Respublikası MPM-nin 213-214, 216- 220, 233-ü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 32.893 (otuz iki min səkkiz yüz doxsan) manat məbləğində borc pul və 188 manat 68 qəpik məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar