Məhkəmə qərarları › İş №2(017)-162/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-162/2024

01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-162/2024 01.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 və Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, anası - 05 sentyabr 1953-cü il tarixdə anadan olmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Şənlik kənd qəbiristanlığında dəfn edilmişdir. Anasının qəbir daşının üzərində doğulduğu gün və dəfn olunduğu gün göstərilmişdir. Anasının ölüm haqqında sənədi olmadığı üçün ondan qalan mirası sənədləşdirmək mümkün olmamışdır. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi məhkəməyə məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, X4 ərizəçinin anası olmuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Şənlik kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X5 şahid X1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyi üçün X2 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi adına verilmiş şəhadətnamənin "anası" qrafasında X4 yazılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ 199826 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1953-cü il tarixdə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi RİHB-nın Şənlik kənd İƏD-si üzrə nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli, 26 nömrəli arayışdan görünür ki, Ərizəçi anası X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonunun Şənlik kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar