Məhkəmə qərarları › İş №2(017)-1620/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1620/2023

07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1620/2023 07.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum ata nənəsi X9 xx.xx.1967-ci il tarixdə vəfat etmiş və Beyləqan rayonunda yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Hələ onda X12nun bir yaşı olmuşdur. Nənəsinin ölümü qeydə alınmadığına görə miras qalmış torpağın vərəsəlik qaydasında həll edilməsi üçün müəyyən sənədləşmə işlərini apara bilmir. Maraqlı şəxsnə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1948-ci il tarixdə anadan olmuş X5 xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi xx.xx.2023-cü il tarixdə məhkəməyə məktub göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərdi ki, X1 Fərəc Rafiq oğlunun birinci həyat yoldaşı olub. Onların nikahlarından 01 yanvar 1966-cı il tarixdə ərizəçinin X12 anadan olmuşdur. X9 xx.xx.1967-ci il tarixdə qəflətən Ağcabədi şəhərində vəfat etmiş, Beyləqan rayonunda yerləşən qəbiristanlığında dəfn edilmişdir. X4 ilə ailə qurmuş, Elşən onun yanında böyümüşdür. Məhkəmə iclasında şahid X22 şahid X10 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1948-ci il tarixdə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1948-ci il tarixdə Beyləqan rayon Şahsevən kənd icra nümayəndəliyində 31 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 Rafiq Fərəc oğlu ilə xx.xx.1965-cı il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Mamedova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X21 xx.xx.1966-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. X7, anası X3 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 282236 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2022-ci il tarixdə Ağcabədi şəhərində ölmüşdür. İş materiallarına əlavə olunmuş AZT 245290 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. X12, anası X6 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-M-15-564/2023 nömrəli məktubdan görünür ki, X5 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1948-ci il tarixdə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuş X9 xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində ölmüş, Beyləqan rayonunda dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1948-ci il tarixdə anadan olmuş X5 xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1948-ci il tarixdə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuş X5 xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar