Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-165/2024 15.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə Ölüm faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X2 04 may 2001-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon, Avşar kəndində yaşayır. Mərhum atası X4 1928-ci il tarixdə Ağcabədi rayon, Avşar kəndində anadan olmuş və 04 may 2001-ci il tarixdə vəfat etmişdir. Atası Ağcabədi rayon, Avşar kənd qəbiristanlığında dəfn etmişlər. Mərhum atası X1 adı qeyd olunduğu üçün onun adının çıxarılması ilə əlaqədar ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq 1928-ci il tarixdə anadan olmuş atası X2 04 may 2001-ci il tarixdə Ağcabədi rayon, Avşar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi 1928-ci il tarixdə anadan olmuş atası X4 04 may 2001-ci il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, X3 ölüm haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidie. Ərizəçi 1928-ci il tarixdə anadan olmuş atası X4 04 may 2001-ci il tarixdə vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, X3 ölüm haqqında şəhadətnamə alınmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş hərbi biletin surətindən görünür ki, X4 1928-ci il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli iməktubdan görünür ki, 1928-ci ildə Ağcabədi rayon, Avşar kəndində doğulmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından və şahidlərin ifadələrindən göründüyü kimi ərizəçinin 1928-ci ildə Ağcabədi rayon, Avşar kəndində doğulmuş atası X4 04 may 2001-ci il tarixdə Ağcabədi rayon Avşar kəndində vəfat etmiş, lakin mərhuma ölüm haqqında şəhadətnamə alınmamışdır. Ona görə də ərizəçi atasının ölüm faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi ərizəsi əsaslı olduğundan təmin edilməli, 1928-ci ildə doğulmuş X2 04 may 2001-ci il tarixdə Ağcabədi rayon Avşar kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 1928-ci ildə doğulmuş X2 04 may 2001-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-165/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-165/2024
15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver