Məhkəmə qərarları › İş №2(017)-1650/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1650/2025

26.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1650/2025 26.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ondan 3000 manat borc pul istəmiş, o, cavabdehlə münasibətlərini nəzərə alıb ehtiyacını qarşılaması cavabdehə xx.xx.2023-cü il tarixdə 1000 manat borc pul vermişdir. O, cavabdehin təkrar xahişlərini nəzərə alaraq xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə isə əlavə olaraq 500 manat pul vermişdir.O, cavabdehdən birinci dəfə 1000 manat pul verməsinə dair yazılı qəbz alsa da, cavabdehin yazı yazmasında çətinlik çəkdiyini gördüyü üçün digər pulların verilməsini Watsapp səs yazışmaları ilə aparmışdır. Ümumilikdə o, cavabdehə 2500 manat borc pul vermişdir. O, cavabdehdən pulunu geri istəyəndə Dilsuz ona geniş əlaqələrinin oludğunu əyər istəyərsənsə əlilliyə görə sənə ev təşkil edərəm kimi yalan vədlər vermişdir. Cavabdehə dəfələrlə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh 2500 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 46 manat pulu tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh iddiaçıdan 1000 manat borc pul almışdır. İş materiallarına əlavə edilmiş diskdəki səs yazısından görünür ki, tərəflər arasında pul tələbi ilə bağlı danışıqlar aparılmış və cavabdeh iddiaçıya 1500 manat borclu olması öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 46 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı ehtiyacı olduğu üçün 1500 manat məbləğində borc pul almış, həmin məbləğin 1000 manatı ilə bağlı öz xətti və öz imzası ilə qəbz yazmış, 500 manat isə WhatsApp yazışmasında etiraf etmişdir. Qalan 1000 manat borcla bağlı iddiaçı tərəfindən məhkəməyə heçbir mötəbər sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya olan 1500 manat borc pul ödənilməmişdir. Bununlada cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 46 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, Cavabdeh tərəfindən İddiaçı götürdüyü puldan iddiaçıya heç bir məbləğdə ödəniş edilməmiş və cavabdeh pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Ona görə iddia qismən təmin olunaraq cavabdehdən 1500 manat məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 35 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində borc pul və dövlət rusumuna görə ödənilmiş 35 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar