Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1658/2023 24.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10577 manat məbləğində borcun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, Beyləqan şəhərində yaşayır, 3 ilə yaxındır Cavabdeh tanıyır. Kənan əvvəllər Beyləqan rayonunda N saylı hərbi hissədə, hazırda isə Ağcabədi rayonunda N saylı hərbi hissədə xidmət edir. Beyləqanda evində kirayədə yaşayan Nicat Hacıyev vasitəsilə Kənanı tanımışdır. 2021-2023-cü illərdə Cavabdeh borca ümumilikdə 10577 manat pul vermişdir. 5000 manat borc verməsinə dair qəbz almış, qalan məbləğləri isə eManat vasitəsilə Cavabdeh göndərmişdir. Aralarında bağlanmış borc müqaviləsini və Kənana göndərdiyi pulların qəbzlərini məhkəməyə təqdim etmişdir. Kənan ondan borca aldığı pulların qaytarılması üçün öz maaş kartını ona vermişdir. Həmin kartlar hazırda ondadır. Lakin hazırda qarşısı bağlanmışdır. Kənanın maaş kartından müxtəlif vaxtlarda ATM vasitəsilə 6254 manat pul çıxartmışdır. Bundan əlavə Kənan öz debet kartından onun birbank (**********200740 nömrəli) kartına 2800 manat pul göndərmiş, nağd şəkildə isə arvadına 1000 manat pul vermişdir. Həmin pulların 2800 manatını əsas borca, qalan pulları isə faizə silmişdir. Hazırda Kənanın ona 7777 manat məbləğində borcu qalmışdır. Ona görə də iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və verdiyi izahatında bildirdi ki, İddiaçı tanıyır. Doğrudur borca Nurəddindən pul almışdır. Borcun bir hissəsi nağd şəkildə, qalan hissəsini isə köçürmə yolu ilə almışdır. Nağd şəkildə 3000 manat almış, Nurəddinin sözlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə 5000 manat almasına dair qəbz yazaraq ona vermişdir. Ona pul ehtiyac olduğuna görə məcbur olub Nurəddinin dediyi kimi yazmışdır. 5567 manat pulu isə Nurəddin ona köçürmə yolu ilə vermişdir. Onun maaş kartı Nurəddində olmuş, Nurəddin onun maaş kartından verdiyi borcdan artıq pul çıxarmış, hətta öz debet kartından Nurəddinin birbank kartına 2800 manat pul göndərmişdir. Bundan başqa 1000 manat nağd şəkildə Nurəddinin arvadına vermişdir. Aldığı pulun qarşılığında Nurəddinə daha çox pul vermişdir. Buna baxmayaraq Nurəddin ondan yenə də pul tələb edir və bildirir ki, onun ödədiyi pulların bir hissəsini faizə silmişdir. Halbuki onları arasında faizlə bağlı hər hansı bir razılaşma olmamışdır. Aldığı pulların Nurəddinə artıqlaması ilə ödəməsini Kapital Bankın verdiyi xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışlarda təsdiq edir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən Quliyev X1 Kənan Bəhruz oğluna 5000 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, İddiaçı eManat vasitəsilə xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 1100 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 1087 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində, cəmi 5567 manat Cavabdeh pul göndərmişdir. İş materiallarında olan İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh əmək haqqı kartından 6254 manat pul çıxarmış, bundan əlavə sonuncu öz debet kartından İddiaçı birbank kartına 2800 manat pul göndərmişdir. İş materiallarında olan ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh 510307******9430 nömrəli kartından həmin kartın İddiaçı olduğu müddət ərzində Beyləqan və Abşeron rayonları ərazisində yerləşən ATM-dən xx.xx.2022ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 508 manat, xx.xx.2022-ci il tarixdə 491 manat, xx.xx.2022-ci il tarixdə 396 manat, xx.xx.2022-ci il tarixdə 1462 manat, xx.xx.2022ci il tarixdə 375 manat, xx.xx.2022-ci il tarixdə 75 manat, xx.xx.2022-ci il tarixdə 510 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 980 manat, xx.xx.2022ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 30 manat. xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2022-ci il tarixdə 425 manat, xx.xx.2022-ci il tarixdə 630 manat pul çıxarılmışdır. İş materiallarında olan ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh 416974******0761 nömrəli kartından həmin kartın İddiaçı olduğu müddət ərzində Beyləqan rayonu ərazisində yerləşən ATM-dən xx.xx.2022-ci il tarixdə 735 manat, xx.xx.2023-cü il tarixdə 1822 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 715 manat, xx.xx.2023-cü il tarixdə 750 manat, xx.xx.2023-cü il tarixdə 494 manat pul çıxarılmışdır. İş materiallarında olan ödəniş kartı üzrə xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh 416973******1007 nömrəli kartından İddiaçı birbank kartına xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat pul göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə araşdırması zamanı həm iddiaçının və həm də cavabdehin izahatları və işdə olan sənədlərin tədqiqi zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ümumilikdə 10567 manat məbləğində borc vermiş, faizlə bağlı aralarında heç bir razılaşma olmamışdır. Borc verildiyi vaxtdan Cavabdeh əmək haqqı kartı İddiaçı olmuş, Cavabdeh 510307******9430 nömrəli kartından həmin kartın İddiaçı olduğu müddət ərzində Beyləqan və Abşeron rayonları ərazisində yerləşən ATM-dən xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 508 manat, xx.xx.2022-ci il tarixdə 491 manat, xx.xx.2022-ci il tarixdə 396 manat, xx.xx.2022-ci il tarixdə 1462 manat, xx.xx.2022-ci il tarixdə 375 manat, xx.xx.2022-ci il tarixdə 75 manat, xx.xx.2022-ci il tarixdə 510 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 980 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 30 manat. xx.xx.2022-ci il tarixdə 210 manat, xx.xx.2022-ci il tarixdə 425 manat, xx.xx.2022-ci il tarixdə 630 manat, Cavabdeh 416974******0761 nömrəli kartından həmin kartın İddiaçı olduğu müddət ərzində Beyləqan rayonu ərazisində yerləşən ATM-dən xx.xx.2022-ci il tarixdə 735 manat, xx.xx.2023-cü il tarixdə 1822 manat, xx.xx.2023-cü il tarixdə 150 manat, xx.xx.2023-cü il tarixdə 715 manat, xx.xx.2023-cü il tarixdə 750 manat, xx.xx.2023-cü il tarixdə 494 manat pul çıxarılmışdır. Bundan başqa, Cavabdeh borcundan İddiaçı arvadına nağd şəkildə 1000 manat pul vermişdir. Həmçinin Cavabdeh 416973******1007 nömrəli kartından İddiaçı birbank kartına xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat pul göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığı hallarda, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işləri üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı bir sıra qərarlarında Avropa Məhkəməsinin hüquqi mövqeyinə oxşar mövqelər formalaşdırmışdır. Belə ki, E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar cavabdeh tərəfindən etiraf edilməyərək inkar edilmiş və digər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı 10577 manat borc pul tələbinə dair iddiası qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, İddiaçı tələb etdiyi 10577 manat borc Cavabdeh tərəfindən tamamilə ona ödənilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 10577 manat borc pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1658/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1658/2023
24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver