Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1664/2024 15.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 1396 manat məbləğində pul və ödəmiş olduğu 150 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun doğma qardaşı oğludur. Cavabdeh təxminən iki il bundan əvvəl ona 3000 manat pul lazım olduğunu bildirib xahiş etmişdir ki, bankdan kredit götürüb ona borc versin. Cavabdeh onu əmin etmişdir ki, krediti vaxtlı-vaxtında ödəyəcəkdir. O, da yaxın qohum olduğu üçün xahişini yerə salmamış və öz adına Ağcabədi rayon ərazisində yerləşən "xxxx" ASC-dən 2670 manat kredit götürüb Cavabdeh İsa oğluna vermişdir. Kreditə götürdüyü pulun əvəzinə banka 3296 manat məbləğində pul ödəməli idi. Lakin cavabdeh qeyd edilən məbləğin sadəcə 400 manatın ödəsə də, qalan 2896 manatını özü ödəmişdir. Sonradan cavabdeh borc aldığı puldan 2000 manatını geri qaytarmış, 896 manat borcu qalmışdır. Təxminən bir il bundan əvvəl isə Cavabdeh yenə də ondan xahiş edərək toy etməsi üçün 500 manat əlavə borc almışdır. Beləliklə ümumilikdə cavabdehin ona 1396 manat borcu yaranmışdır. O, 1 ay bundan əvvəl cavabdehdən borcunu istəmiş, lakin cavabdeh onu hədələyərək maşınla vurub öldürəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə oğlu X3 DİN-nin 102 xidmətinə zəng edərək Cavabdeh barəsində Ağcabədi rayon Polis şöbəsinə şikayət edərək cavabdehin aldığı borcunu qaytarmadığını və onu ölümlə hədələdiyini bildirdi. Ağcabədi rayon Polis şöbəsində onun şikayətilə bağlı araşdırılma aparılmış və Elnurun ona 1396 manat borcunun olması müəyyən edilmişdir. Borcun qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh ondan aldığı pulu qaytarmamışdır. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun bibisidir. Təxminən iki il bundan əvvəl Sayad Qurbanova ondan "xxxx" ASCdən kredit götürməsinə köməklik göstərmsini xahiş etmiş, o, həmin vaxt İddiaçı həmin banka aparmışdır. İddiaçı bankdan 2670 manat kredit götürmüş və götürdüyü kreditdən ona 200 manat pul vermişdir. Sonradan o, özünə toy etdiyi üçün pula ehtiyacı olduğuna görə İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 800 manat borc pul almışdır. Sonradan o, iddiaçıya 1000 manat pul qaytarmışdır. Hazırda onun iddiaçıya heç bir məbləğdə borcu yoxdur. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi oğlu X3 İddiaçı izahatına uyğun izahat verərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahat verərək izahatında göstərdi ki, Cavabdeh onun doğma oğlu, İddiaçı isə baldızıdır. Təxminən iki il bundan əvvəl Sayad Qurbanova onlara gələrək oğlu Elnurdan "xxxx" ASC-dən kredit götürməsinə köməklik göstərmsini xahiş etmişdir. Həmin vaxt oğlu Cavabdeh qohumu İddiaçı həmin banka aparmışdır. İddiaçı bankdan 2670 manat kredit götürmüş və götürdüyü kreditdən Elnura 200 manat pul vermişdir. Sonradan Elnur toy etdiyi üçün pula ehtiyacı olduğuna görə İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 800 manat borc pul almışdır. Təxminən 2 ay keçdikdən sonra Elnur iddiaçıya 1000 manat pul qaytarmışdır. Hazırda Elnurun iddiaçıya heç bir məbləğdə borcu yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 17 iyun 2024-cü il tarixli cinayət işinin başlanmsının rədd edilməsi barədə qərardan görünür ki, cavabdeh iddiaçıdan aldığı ümumilikdə 800 manat borca görə 1000 manat qaytarmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 03 iyun 2024-cü il tarixli Kapital Bank ASC-dən verilmiş cədvəldən görünür ki, İddiaçı Tapdıx qızının adına verilmiş kreditə görə xx.xx.2023-cü il tarixdə hesab açılmışdır İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2024-cü il tarixli, 29 nömrəli məktubdan görünür ki, Qurbanov X4 rayonu Əmirallar kəndindən məcburi köçkün olmuş və Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində müvəqqəti məskunlaşmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 02 iyul 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Tapdıx qızı 150 manat dövlət rüsumu keçirmişdir. Məhkəmə iddiaçının, cavabdehin və şahidin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Cavabdeh ona 1396 mant məbləğində borcu olmasını göstərsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarına əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Kredit müqaviləsi qanunvericilikdə borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, Məcəllənin borc müqaviləsinin anlayışına aydınlıq gətirən 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi qanunvericilikdə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduqda borc müqaviləsinin yazılı formada bağlanması tələb olunduğu halda, İddiaçı Cavabdeh 1396 manat məbləğində borc pul verməsi barədə yazılı formada bağlanmış müqavilə məhkəməyə təqdim etməmişdir. Bundan başqa, İddiaçı öz tələbinin faktiki əsası kimi Cavabdeh ilə aralarında yaranmış hüquq münasibətlərinin "xxxx" ASCnin Ağcabədi rayon Filialından götürdüyü kreditə görə yarandığını bildirsə də, cavabdeh həmin halı inkar etməklə iddiaçıdan müxtəlif vaxtlarda ümumilikdə 800 manat pul aldığını və əvəzində 1000 manat verdiyini göstərmişdir. Buradan da göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi, yəni hazırda cavabdehin ona 1396 manat borcunun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin ona 1396 manat məbləğində borcunun olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 1396 manat məbləğində pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 02 iyul 2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən 150 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 1396 (bir min üç yüz doxsan altı) manat məbləğində pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətində Ağvabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1664/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1664/2024
15.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver