Məhkəmə qərarları › İş №2(017)-167/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-167/2025

04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-167/2025 04.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ona öz xətti ilə qəbz yazaraq ondan 3000 manat borc pul almışdır. Köhnə borcunu ödəməmiş yenidən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 özünə məxsus “Xəzər Lada” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini onun həyətinə gətirərək ona öz xətti ilə qəbz yazaraq 3000 manat borc pul almışdır. Daha sonra cavabdehlər Cavabdeh1 və Namiqin həyat yoldaşı Cavabdeh2 onun evinə gələrək uşağının xəstə olduğunu bildirmişlər və köhnə borclarını ödəmədən yenidən 5000 manat borc istəmişlər. O da cavabdehin hərbiçi olmasını, ailəvi dost olmalarını və uşağın xəstə olmasını nəzərə alıb, cavabdehlərə öz xətləri ilə qəbz yazdıraraq 5000 manat borc pul vermişdir. Həmin pulun qarşılığında Cavabdeh2 özünə məxsus əməkhaqqı kartını borc olaraq aldığı 5000 manat pulun tam ödənilməsinə görə ona vermişdir. Lakin heç vaxt kartda pul olmamışdır. Cavabdehlərə dəfələrlə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat borcun müştərək qaydada tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərdi ki, Cavabdeh1 tanıyır və onunla ailəvi dostluq edir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə öz xətti ilə qəbz yazaraq ondan 3000 manat borc pul almışdır. Köhnə borcunu ödəməmiş yenidən xx.xx.2023-cü il tarixdə Cavabdeh1 özünə məxsus avtomobili onun həyətinə gətirərək ona öz xətti ilə qəbz yazaraq yenidən 3000 manat borc pul almışdır. Daha sonra cavabdehlər Cavabdeh1 və Namiqin həyat yoldaşı Cavabdeh2 onun evinə gələrək, uşağının xəstə olduğunu bildirmişlər və köhnə borclarını ödəmədən yenidən 5000 manat borc istəmişlər. O da cavabdehin hərbiçi olmasını, ailəvi dost olmalarını və uşağın xəstə olmasını nəzərə alıb, cavabdehlərə öz xətləri ilə qəbz yazdıraraq 5000 manat borc pul vermişdir. Həmin pulun qarşılığında Cavabdeh2 özünə məxsus əməkhaqqı kartını borc olaraq aldığı 5000 manat pulun tam ödənilməsinə görə ona vermişdir. Lakin heç vaxt kartda pul olmamışdır. Cavabdehlərə dəfələrlə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin tam təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat borcun müştərək qaydada tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi həyat yoldaşı Cavabdeh1 iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, ehtiyacı olduğu üçün əvvəllər tanıdığı və yaxın münasibətdə olduğu İddiaçı xx.xx.2022-ci il tarixdə öz xətti ilə qəbz yazaraq 3000 manat faizə pul almışdır. Həmin pulu artıqlaması ilə qaytarsa da, Şəmistan həmin pulları faizə hesablayaraq ona yenidən xx.xx.2023-cü il tarixdə 3000 manat borcun alınması və özünə məxsus “Xəzər Lada” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoyulması barədə yenidən qəbz yazdırmışdır. Sonradan uşağı xəstə olduğu üçün avtomobilə ehtiyacı olub. Ona görə avtomobili Şəmistandan geri almaq üçün məcbur qalaraq xx.xx.2023-cü il tarixdə evdə həyat yoldaşı Gümaniyə 5000 manat borcun alınmasına dair qəbz yazdıraraq həmin qəbzi və Gümanənin əməkhaqqı kartını Şəmistana vermiş və avtomobilini götürmüşdür. Avtomobilini götürdükdən bir neçə gün sonra o, Şəmistana 1250 manat ödəniş etmişdir. Həyat yoldaşı Cavabdeh2da onunla həmfikir olduğunu, lakin üzrlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini və etibarnamə əsasında onu əvəz etdiyini bildirdi. Onun Şəmistana 2750 manat ödəniş etməsi barədə qəbzləri var. Ümumilikdə 4000 manat ödəniş edib. Hazırda onun Şəmistana 2000 manat borcu qalıb onuda hissə-hissə ödəyəcəklər. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 iddiaçıdan 3000 manat borc pul almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 iddiaçıdan 3000 manat borc almış və özünə məxsus “Xəzər Lada” markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini girov qoymuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 5000 bitənə qədər öz əməkhaqqı qartını Şəmistana vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 Cavabdeh1 onun əvəzindən məhkəmədə iştirak etmək üçün etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayin İHB-nın Atakişili kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 04 oktyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı kart hesabına ümumilikdə 2750 manat pul ödənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ehtiyacları olduğu üçün 8000 manat məbləğində borc pul almış və bu barədə öz xətti və öz imzaları ilə qəbz yazmışlar. İşdə olan Cavabdeh1 tərəfindən yazılıb imzalanmış 3000 manat borcun alınmasına dair xx.xx.2023-cü il tarixli qəbz üzrə Cavabdeh1 tərəfindən ümimilikdə 4000 manat ödənişlər edilmiş, xx.xx.2023-cü il tarixli qəbz üzrə cavabdehlər tərəfindən ödənişlərin olunması barədə heç bir mötəbər sübut təqdim olunmamış, Cavabdeh2 tərəfindən yazlımış xx.xx.2023-cü il tarixli qəbz isə uşağı xəstə olduğu üçün girov qoyulan avtomobilin götürülməsinə görə məcbur qalaraq 5000 manat borcun alınmasına dair qəbz yazılmış, həmçinin Gümanənin əməkhaqqı kartı 5000 manat ödənib bitənə qədər Şəmistana verilmiş və avtomobili İddiaçı geri almışlar. Qalan 4000 manat borc cavabdehlər tərəfindən iddiaçıya tam şəkildə ödənilməmişdir. Bununlada cavabdehlər üzərlərinə götürdükləri öhdəliyi pozmaqla onu tam icra etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 46 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı götürdükləri puldan iddiaçıya ayrı-ayrı vaxtlarda ümumilikdə 4000 manat məbləğdə ödəniş edilmişdir. Lakin cavabdehlər borclu olduğu 4000 manat pulun qaytarılması ilə bağlı üzərlərinə götürdükləri öhdəliyi pozmaqla onu tam icra etməmişlər. Ona görə iddia qismən təmin olunaraq cavabdehlərdən 4000 manat məbləğdə pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 60 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4000 (dörd min) manat məbləğində borc pul və dövlət rusumuna görə ödənilmiş 60 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar