Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1681/2025 16.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 5400 manat borc pul və iddia qaldırılarkən ödənilmiş 74 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Kürdəmir rayonunda yaşayır və xırdabuynuzlu heyvanların saxlanılması və alqı-satqısı ilə məşğuldur. Cavabdeh1 2024-cü ilin iyun ayında ondan 8000 manat dəyərində 20 baş qoyun və quzu almış və pulunu da vermişdir. Bundan bir neçə gün sonra Cavabdeh1 ondan 15000 manat dəyərində qoyun və quzu almış, həmin puldan ümumilikdə 9600 manat ödəmiş və ona 5400 manat borclu qalmışdır. Dəfələrlə pulunu tələb etməsinə baxmayaraq cavabdeh Alim Mehdiyev ona olan 5400 manat borcunu ödəməmişdir. Bundab sonra Polis şöbəsinə müraciət etmiş və Kürdəmir rayon Polis Şöbəsində araşdırılma aparılmışdır. Həmin vaxt digər cavabdeh, yəni Cavabdeh1 atası Cavabdeh2 borcu yaxın vaxtlarda ödəməsi barədə öhdəlik götürmüşdür. Lakin cavabdehlər tərəfindən ona heç bir ödəniş ödənməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alara iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərdi ki, Cavabdeh1 onun oğludur. Cavabdeh1 İddiaçı 5400 manat borcu olmasından xəbərsiz olmuş və yalnız Kürdəmir Rayon Polis Şöbəsinə çağırılaraq izahatı alınarkən oğlunun borcunu öyrənmişdir. İddianı qəbul edir. Belə ki, Cavabdeh1 İddiaçı 5400 manat borcu vardır. Lakin, maddi imkanları olmadığından həmin borcu ödəyə bilməmişlər. Gələcəkdə hissə-hissə də olsa borcu ödəyəcəkdir və məhkəmədən həmin borcu ödəmək üçün onlara vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə İddiaçı və Cavabdeh2 izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh1 ümumi dəyəri 15000 manat olan 40 baş xırdabuynuzlu qoyun və quzu satmışdır. Cavabdeh1 həmin puldan 9600 manatını ödəsə də, qalan 5400 manat pulu ödəməkdən yayınmışdır. Cavabdeh1 İddiaçı 5400 manat borcu qalması Cavabdeh1 atası, yəni digər Cavabdeh2 məhkəmə baxışı zan Manı vermiş olduğu izahatı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, hazırki iş üzrə nisyə alqı-satğı İddiaçı ilə Cavabdeh1 arasında olmuş və bu razılaşmanın digər Cavabdeh2 heç bir aidiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh1 5400 manat məbləğində borc pul alınaraq İddiaçı verilməli və iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. İşdə olan 24 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 74 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 74 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 5400 manat borc pul və ödənilmiş 74 manat dövlət rüsumu, cəmi 5474 (beş min dörd yüz yetmiş dörd) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1681/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1681/2025
16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver