Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1697/2024 06.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi anası Nümayəndə iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 13 fevral 1940-cı il taixdə anadan olmuş atası X2 20 may 2024-cü il tarixdə vəfat etməsi və ölümün qeyd olunması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi anası Nümayəndə ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi onun dogma oğludur. X7 isə həyat yoldaşı olub. 13 fevral 1940-cı il tarixdə anadan olan əri X5 20 may 2024-cü il tarixdə xəstəlik səbəbindən vəfat etmiş və Ağcabədi şəhəri, «Vahid» adlanan qəbirstanlığında dəfn edilmişdir. Lakin mərhum əri Şükür Əliyevin ölümü ilə bağlı ölümünü təsdiq edən hüquqi sənədi vaxtında əldə edə bilməmiş və hazırdada alması mümkün deyildir. X1 20 may 2024-cü il tarixdə vəfat etməsi barədə Maraqlı şəxsnə müraciət etmiş və heç bir sənəd aşkar edilməmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Hazırda ailə üzvlərinə məxsus pay torpağının sənədləşməsi, çıxarış alması zərurəti yaranmış və bunun üçün ərinin ölüm şəhadətnaməsi tələb olunmuşdur. Lakin X1 20 may 2024-cü il tarixdə vəfat etməsini təsdiq edən ölüm akt qeydi olmadığından heç bir işin görülməsi mümkün deyil. Odur ki, 20 may 2024-cü il tarixdə vəfat etmiş X1 ölüm akt qeydinin müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmaını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahat verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. 13 fevral 1940-cı il tarixdə anadan olan X5 20 may 2024-cü il tarixdə xəstəlik səbəbindən vəfat etmiş və Ağcabədi şəhəri, «Vahid» adlanan qəbirstanlığında dəfn edilmişdir. O, bir qonşu kimi həmin yas mərasimində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli, 3-16-5/8-15- Ə-761/2024 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 8.5ci bəndinə əsasən ölüm faktrı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 23 iyul 2023-cü il tarixli, arayışdan görünür ki, Ərizəçi ilə Nümayəndə arasında 12 mart 1971-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş 23 iyul 2024-cü il tarixli Aktdan görünür ki, 13 fevral 1940-cı il tarixdə anadan olmuş X5 20 may 2024-cü il tarixdə vəfat etmiş və Ağcabədi şəhəri “Vahid” adlanan qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcələnin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi atası X5 20 may 2024-cü il tarixdə vəfat etmiş, lakin qeydiyyat şöbəsinə qeydə alınması üçün ərizə verilməmişdir və ona görə Qeydiyyat şöbəsində ölümün qeydə alınması aşkar edilməmişdir. Hazırda anasının ölümü ilə bağlı sənədi ərizəçilərin başqa yolla əldə etməsi mümkün deyildir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, bu hüquqi faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi nəticələrə səbəb olduğuna görə, ərizə təmin edilməli, ərizəçinin atası X2 20 may 2024-cü il tarixdə ölməsi və ölümünün qeydə alınması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi atası X2 20 may 2024-cü il tarixdə Ağcabədi şəhəri, C.Cabbarlı küçəsi 28 saylı evdə ölməsi və ölümün qeyd edilməsi faktı müəyyən edilsin. X3 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1697/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1697/2024
06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver