Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1716/2024 17.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobil almaq üçün 9000 manat pul vermiş və avtomobili Cavabdeh1 təhvil almışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun etibarından sui-istifadə edərək ona satmış olduqları avtomobili geri aldılar. Onlara ödədiyi puldan əvvəl 4000 manat sonra isə 1000 manat qaytardılar. Pulun qaytarılması zamanı video çəkiliş etdilər. Eyni zamanda, Cavabdeh1 4000 manat məbləğində pul borclu qalması barədə qəbz yazaraq ona vermişdir. Yerdə qalan pulu vermədiklərinə görə Ağcabədi rayon polis şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı onların izahatları alınmışdır. Mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Cavabdehlər yerdə qalan pulu yaxın vaxtlarda ödəyəcəyinə söz vermişlər. Buna baxmayaraq dəfələrlə pulunu cavabdehlərdən tələb etsə də onun pulunu verməmişlər. Ona görə də 4000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 60 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməli, digər Cavabdeh2 aid hissədə isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və Cavabdeh1 Ağcabədi rayon polis şöbəsində alınmış izahatından görünür ki, Cavabdeh1 2022-ci ildə idarə etdiyi avtomobili girov qoyub 9000 manat pul götürüb, həmin puldan 5000 manatını video çəkilişlə Tamaraya qaytarıb, sonradan isə 1000 manat qaytarmışdır. Hazırda onun Tamaraya 3000 manat borcu vardır. Həmçinin, tələb olunan pulu qısa müddətə iddiaçıya qaytaracağına söz vermişdir. İş materiallarına əlavə edilmiş və Cavabdeh2 Ağcabədi rayon polis şöbəsində alınmış izahatından görünür ki, Cavabdeh1 2022-ci ildə idarə etdiyi avtomobili girov qoyub Tamaradan 9000 manat pul götürüb, Sənan həmin puldan 5000 manatını video çəkilişlə Tamaraya qaytarıb, sonradan isə 1000 manat qaytarmışdır. Sonuncu 1000 manat qaytarılanda da video çəkiliş olunmuşdur. İş materiallarına əlavə edilmiş və İddiaçı Ağcabədi rayon polis şöbəsində alınmış izahatından görünür ki, Cavabdeh1 2022-ci ildə idarə etdiyi avtomobili 9000 manat məbləğində pula Tamaraya satmış, sonuncu Könülün yanında Sənana 9000 manat pul vermişdir. Sənan sonradan avtomobili geri götürmüşdür. Sənan həmin puldan ona 5000 manat qaytarmamışdır. İş materiallarına əlavə edilmiş qəbzdə qeyd olunmuşdur ki, “ mən Cavabdeh1 Tamara arvada maşın satmışdım. 5 min manata maşını qaytardılar. 1000 (min) manatların verdim 4000-min (dörd min manatı qaldı)”. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi diskə baxış keçirilmiş, həmin diskdə olan görüntülərdən görünür ki, Cavabdeh1 İddiaçı pul sayıb verir və 5000 manat pul verdiyini, 4000 manat borclu qaldığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir (mad. 433.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edildi ki, İddiaçı 2022-cı ildə Ağcabədi rayonun Avşar kəndində avtomobil almaq məqsədilə Cavabdeh1 9000 manat pul vermiş, sonradan avtomobil geri qaytarılmışdır. Satıcı Cavabdeh1 alıcı İddiaçı avtomobili geri qəbul etmiş, aldığı 9000 manat puldan 5000 manat qaytarmış, qalan 4000 manat pulu qaytarmağı öhdəsinə götürsə də həmin pulu geri qaytarmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilərək, Cavabdeh1 4000 manat və dövlət rüsumuna görə ödənilmiş 60 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi digər Cavabdeh2 aid hissədə qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iş materialları ilə İddiaçı ilə Cavabdeh2 arasında mülki hüquq münasibətinin və ya hər hansı öhdəliyin yaranması təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından göründüyü kimi, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 60 manat dövlət rüsumu iddiaçının xeyrinə Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 4000 manat və dövlət rüsumuna görə ödənilmiş 60 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1716/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1716/2024
17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver