Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1720/2024 21.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X3 ilə xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların nikahlarından xx.xx.1991-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Oğlu Zamin xx.xx.1999-cu il tarixdə xəstəlikdən ölmüş, Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Oğlunun ölümü qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Maraqlı şəxsnə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1991ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X2 xx.xx.1999-cu il tarixdə Ağcabədi şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, Ərizəçi onun arvadıdır. Onların nikahlarından xx.xx.1991-ci il tarixdə doğulmuş Zamin adlı uşaqları xx.xx.1999-cu il tarixdə xəstəlikdən Ağcabədi rayonunda vəfat etmişdir. Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X3 ilə xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1991-ci il tarixdə 482 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası Ərizəçi kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi RİHB-nın Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1991-ci il tarixdə anadan olmuş X5 xx.xx.1999-cu il tarixdə Ağcabədi şəhərində vəfat etmiş, Rəncbərlər kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-Ə-870/2024 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyi üçün X2 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X5 xx.xx.1999-cu il tarixdə Ağcabədi rşəhərində ölmüş, Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1991-ci il tarixdə anadan olmuş X2 xx.xx.1999-cu il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə anadan olmuş X2 xx.xx.1999-cu il tarixdə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1720/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1720/2024
21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver