Məhkəmə qərarları › İş №2(017)-1721/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1721/2025

15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1721/2025 15.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 7466 manat borclu olduğu pul və 95 manat ödənilmiş dövlət rüsumunun tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 7466 manat borclu olduğu pul və 95 manat ödənilmiş dövlət rüsumunun tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 7466 manat məbləğində borc pulun və ödənilmiş 95 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə Cavabdeh şəxsiyyətini və ünvanını təsdiq edən sənədlər əlavə edilməmiş, həmçinin iddia ərizəsində cavabdehin ünvanı tam olaraq göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 95 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.2, 152.1.1, 152.4, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı 7466 manat borclu olduğu pul və 95 manat ödənilmiş dövlət rüsumunun tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddianın qaytarılmasına səbəb olmuş nöqsan aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilsin. Ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar