Məhkəmə qərarları › İş №2(017)-1723/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1723/2025

31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1723/2025 31.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X6 ərizəni müdafiə edərək göstərdi ki, Ərizəçi X7 ilə olan faktiki nikahlarından xx.xx.1979-cu il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. xx.xx.1980-cı il tarixdə X5 vəfat etmiş, Ağcabədi rayon Xocavənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölüm qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini aparmaq mümkün olmamışdır. Qeydiyyat şöbəsinə müraciət olunmuş, lakin həkim arayışı olmadığına görə X2 ölümü haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1979-cu il tarixdə anadan olmuş X2 xx.xx.1980-cı il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, Ərizəçi ilə eyni kənddə yaşayırlar. Ərizəçi X7 ilə olan evliliyindən doğulmuş qızları Şəhla 1980-cı ilin may ayının 22-də vəfat etmiş, Ağcabədi rayonunun Xocavənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.1979-cu il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 35 nömrə ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası X1 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş İİ-jq 253257 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 xx.xx.1979-cu il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ərizəçi ilə X4 nikahlarından xx.xx.1979-cu il tarixdə doğulmuş X5 xx.xx.1980-cı il tarixdə vəfat etmiş, Ağcabədi rayonunun Xocavənd kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd olmadığına görə X2 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1979-cu il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuş X5 xx.xx.1980-cı il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində vəfat etmiş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1979-cu il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuş X2 xx.xx.1980-cı il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuş X2 xx.xx.1980-cı il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar