Məhkəmə qərarları › İş №2(017)-1740/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1740/2024

29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1740/2024 29.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X1 xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində doğulmuşdur. X1 1971-ci ildə Ağcabədi şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən Ağcabədi şəhərində vəfat etmiş, Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. Qardaşının ölümü qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına və vaxtında müraciət olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X2 1971-ci ildə Ağcabədi şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək uşağının xəstəliyi ilə əlaqədar xx.xx.2024-cü il tarixə təyin edilmiş iclasa gələ bilməyəcəyini və iştirakı olmadan işə baxıb ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Maraqlı şəxs rəisi məhkəməyə məktub göndərərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid X5 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi ilə qonşuluqda yaşayır. Onu və ailəsini yaxından tanıyır. Ərizəçinin qardaşı Sultan 1971-ci ildə ölmüş və Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X3 xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində doğulmuşdur. Bu barədə xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunun Qeydiyyat şöbəsində 129 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyin təsdiq etdiyi xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.1967-ci il tarixdə doğulmuş X3 1971-ci ildə Ağcabədi şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən vəfat etmiş və Ağcabədi şəhər qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi sənəd təqdim edilmədiyinə görə X2 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1971-ci ildə Ağcabədi şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi və həmin hadisə zamanı xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş X2 aldığı xəsarətdən ölməsi ilə əlaqədar Ağcabədi rayon prokurorluğunda və Ağcabədi rayon Polis şöbəsində materialın olub-olmaması, əgər olmuşdusa nəticəsi barədə Ağcabədi Rayon Məhkəməsinə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş X2 1971-ci ildə Ağcabədi şəhər ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən ölməsinə dair Ağcabədi rayon prokurorluğunda hər hansı cinayət işinin istintaq olunması və ya cinayət xarakterli materialın araşdırması ilə bağlı məlumat müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, 1971-ci ildə baş vermiş cinayət işlərinə dair Ağcabədi rayon Polis şöbəsində arxiv materialları yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X3 1971-ci ildə Ağcabədi şəhərində vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X2 1971-ci ildə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş X2 1971-ci ildə Ağcabədi şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar