Məhkəmə qərarları › İş №2(017)-1766/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1766/2023

31.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1766/2023 31.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 1000 manat məbləğində borc, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 70 manat xidmət haqqı tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun əridir. Cavabdeh 16 yanvar 2023-cü il tarixdə iddiaçıdan 1000 manat borc pul alaraq 15 gün müddətində qaytaracağını bildirmişdir. Həmin vaxt cavabdeh öz xətti ilə qəbz də yazaraq iddiaçıya vermişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə və dəfələrlə pulu tələb etməsinə baxmayaraq cavabdeh iddiaçıya olan 1000 manat borcu qaytarmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 1000 manat məbləğində borcun, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 70 manat xidmət haqqının, cəmi 1100 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh onun oğludur. Cavabdehin pula ehtiyacı olduğu üçün 16 yanvar 2023-cü il tarixdə İddiaçı 1000 manat faizlə pul almışdır. Bununla bağlı oğlu Cavabdeh iddiaçıya öz xətti ilə qəbz də yazaraq vermişdir. Oğlu Cavabdeh hər ay 90 manat faiz ödəməklə ümumilikdə 1280 manat iddiaçıya pul qaytarmışdır. Lakin, bu barədə heç bir sübutları yoxdur. Göstərdiklərini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 16 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 15 gün müddətə qaytarmaq şərti ilə İddiaçı 1000 manat borc pul almışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş materiallarından göründüyü kimi Cavabdeh 16 yanvar 2023-cü il tarixdə İddiaçı 1000 manat borc pul alaraq 15 gün müddətə qaytarmağı öhdələrinə götürsə də, bu öhdəliyi icra etməyərək həmin pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi cavabdehin iddiaçıya 1280 manat pul qaytarmasını göstərsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı isə Cavabdeh 1000 manat borc pul verməsini təsdiq edən sübutu, yəni 16 yanvar 2023-cü il tarixli qəbzi məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 27 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 27 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi yardıma görə 70 manat pul ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 70 manat xidmət haqqı Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1000 manat məbləğində borc, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 70 manat xidmət haqqının, cəmi 1100 (bir min bir yüz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar