Məhkəmə qərarları › İş №2(017)-1771/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1771/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1771/2023 30.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, xərclərin əvəzinin alınması, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin ödənişə yönəldilməsi, əldə olunmuş vəsait kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi, xərclərin əvəzinin alınması, ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin ödənişə yönəldilməsi, əldə olunmuş vəsait kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3620/2016 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən İddiaçı ASC ləğv edilmiş, İddiaçı ASC-yə 24 iyul 2016-cı il tarixdən ləğvedici qismində Əmanətlərin Sığortalnması Fondu təyin edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, Vəliyev Ataman Kamran oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 8911 nömrəli kredit müqaviləsinə əsasən illik 6 faizlə, 36 ay müddətinə 13500 manat məbləğində kredit almışdır. Bu borcun, təminatı olaraq Vəliyev Ataman Kamran oğlunun mülkiyyətində olan Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 141,1 kv.metr olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Buna baxmayaraq borclu Vəliyev Ataman Kamran oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bu səbəbdən bank məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddia ərizəsinin qaytarılmasına səbəb, cavabdeh Vəliyev Ataman Kamran oğlunun xx.xx.2020-ci il tarixdə vəfat etməsi olmuşdur. Həmin qərardaddan verilmiş şikayət Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Bank tərəfindən vəfat etmiş Vəliyev Ataman Kamran oğlunun hüquqi vərəsələrinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq addımlar atılmışdır. Müəyyən edilmişdir ki, vəfat etmiş Vəliyev Ataman Kamran oğlunun mümkün hüquqi varisləri qanuna müvafiq rəsmi şəkildə Bank qarşısında ipoteka ilə yüklü edilmiş miras əmlakını qəbul etməsələr də faktiki olaraq həmin miras əmlakını qəbul etmişlər və hal-hazırda da həmin əmlak onların sərəncamında və istifadəsindədir. Ağcabədi Regional “Asan xidmət” mərkəzində notariat ofisinin ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təqdim etdiyi 199 nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Vəliyev Ataman Kamran oğlunun hüquqi varisləri müəyyən edilmişdirlər. Belə olan halda kredit və ipoteka müqaviləsi üzrə Vəliyev Ataman Kamran oğlunun bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən icra olunmalı və Bank qarşısında birlikdə cavabdehlik daşımalıdırlar. Vəliyev Ataman Kamran oğlunun müqavilə üzrə banka 7301,59 manat əsas, 1072,26 manat faiz, 503,83 manat cərimə və 1810,93 manat məbləğində gecikdirilən gün üçün hesablanmış faiz borcu olmaqla, cəmi 10688,51 manat məbləğində borcu yaranmışdır. Kredit və ipoteka müqaviləsi üzrə Vəliyev Ataman Kamran oğlunun Bank qarşısında olan öhdəliklərini mirası faktiki qəbul edən və hüquqi varisi kimi qiymətləndirilən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən icra olunmalıdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubları göndərilməsinə baxmayaraq borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdehlər borc məbləğinə ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ona görə də Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli 8911 nömrəli kredit müqaviləsinə əsasən, 7301,59 manat əsas, 1072,26 manat faiz, 503,83 manat cərimə və 1810,93 manat məbləğində gecikdirilən gün üçün hesablanmış faiz borcu olmaqla, cəmi 10688,51 manat məbləğində borcun və 123 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasına; ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilərək borcun əvəzi Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 141,1 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsinə, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə, əldə olunmuş vəsait kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulmasına və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək işə onun iştirakı olmadan baxılamsını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 8911 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Vəliyev Ataman Kamran oğluna 36 ay müddətinə, illik 6 faizlə 13500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 8911/1 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli, 8911 nömrəli kredit müqaviləsinin təminatı olaraq Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 141,1 kv.metr olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Sonrakı ipoteka predmeti tərəflərin razılığı ilə 20000 manat məbləğində qiymətləndirilmişdir. Tərəflər bu barədə müqaviləyə 2.5 bəndi əlavə etmişlər. İş materiallarında olan sənədlərdən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Ağcabədi rayonu, Avşar kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 141,1 kv.metr olan fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli, 8911 nömrəli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Ağcabədi rayonu, Avşar kəndi ərazisində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 141,1 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Vəliyev Ataman Kamran oğluna məxsusdur. İş materiallarında olan İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 6 saylı Ərazi İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, “İpoteka predmetinə tutmanın yönəldilməsi” haqqında bildirişlərin Azərbaycan Respublikasının İpoteka haqqında qanunun 36-cı maddəsində göstərilən qaydada qeydə alınması xahiş olunmuş və həmin ərizə 6 saylı Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Vəliyev Ataman Kamran oğlu ilə bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə yaranmış tələb: 7301,59 manat əsas, 1072,26 manat faiz, 503,83 manat cərimə və 1810,93 manat məbləğində gecikdirilən gün üçün hesablanmış faiz borcu olmaqla, cəmi 10688,51 manat məbləğində borc vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı açıq səhmdar cəmiyyəti dövlət rüsumuna görə 123 manat ödəmişdir. İş materiallarında olan Ağcabədi regional “Asan xidmət” mərkəzində notariat ofisinin verdiyi xx.xx.2021-ci il tarixli 199 nömrəli vərəsəlik işi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş Vəliyev Ataman Kamran oğlunun vərəsələridirlər. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Vəliyev Ataman Kamran oğlu arasında xx.xx.2015-ci il tarixli, 8911 nömrəli kredit müqaviləsinin bağlanması, onun bankdan 36 ay müddətinə 13500 manat məbləğində kredit alması, kreditdən istifadəyə görə illik 6 faiz ödəməyi öhdəsinə götürməsi, onun müqavilə öhdəliklərini yerinə yetirməməsi və hazırda xx.xx.2015-ci il tarixli, 8911 nömrəli kredit müqaviləsi üzrə 7301,59 manat əsas, 1072,26 manat faiz, 503,83 manat cərimə borcunun qalması sübuta yetir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, 8911 nömrəli kredit müqaviləsi üzrə banka olan 7301,49 manat məbləğində əsas kredit borcu üzrə 503,83 manat məbləğində dəbbə pulu hesablaması ədalətli deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə almaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini və cəmiyyətin ümumi maraqlarının tələbləri ilə borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığını nəzərə alaraq, məhkəmə hesab edir ki, tələb edilən 503,83 manat cərimə növündə dəbbə pulu tələbi qismən təmin edilməklə, cavabdehdən 50 manat məbləğində cərimə növündə dəbbə pulu alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Yenə də həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1 və 1306.2-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.2-cü maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan iddiasının əldən çıxmış faydaya görə pulun alınıb verilməsinə dair hissəsində (kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 05 (beş) faizlə hesablanmış 1810,93 manat məbləğində əldən çıxmış fayda hissəsində) iddiaçı həmin halları təsdiq edən mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Vəliyev Ataman Kamran oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 8911 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7301,59 manat əsas, 1072,26 manat faiz, 50 manat cərimə borcu və 123 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fonduna ödənilməlidir. Tutma ilkin satış qiyməti 20000 manat müəyyən edilməklə ipoteka ilə yüklü edilmiş Ağcabədi rayonu, Avşar kəndi ərazisində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 141,1 kv.metr olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti açıq hərrac yolu ilə satılaraq satışdan əldə edilən puldan müqavilə üzrə yaranmış borc ödənilməli və satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehlərə verilməlidir. Əldə olunmuş vəsait borcun ödənməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İpoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə (boşaldaraq təhvil vermədikdə) cavabdehlər fərdi yaşayış evi və yerləşdiyi 0,20 ha torpaq sahəsindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada xx.xx.2015-ci il tarixli, 8911 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7301,59 manat əsas, 1072,26 manat faiz, 50 manat cərimə borcu, həmçinin 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fonduna ödənilsin. Tutma ilkin satış qiyməti 20000 manat müəyyən edilməklə, ipoteka predmeti olan Ağcabədi rayonu, Avşar kəndi ərazisində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 141,1 kv.metr olan fərdi yaşayış evinə yönəldilsin. Həmin ipoteka müqaviləsi ilə yüklü edilmiş əmlak açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan puldan müqavilə üzrə yaranmış borc ödənilsin. Satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyanın vərəsələri – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 verilsin. Satışdan əldə olunan vəsait borcun ödənməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanma Fonduna ödənilsin. İpoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə (boşaldaraq təhvil vermədikdə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 fərdi yaşayış evi və yerləşdiyi 0,20 ha torpaq sahəsindən çıxarılsın və fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar