Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-178/2023 17.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, iddiaçının nümayəndəsi X3 və cavabdeh Cəfərov Müseyib Sadıq oğlunun iştirakı ilə İddiaçı "xxxx" BOKT açıq səhmdar cəmiyyətinin cavabdehlər Cəfərov Müseyib Sadıq oğlu, X6 və X2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" BOKT açıq səhmdar cəmiyyəti cavabdehlər Cəfərov Müseyib Sadıq oğlu, X6 və X2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli PBİ 070 nömrəli müqavilə üzrə 7256,17 manat əsas borc, 402,46 manat faiz borcu, 1741 manat dəbbə borcu olmaqla, cəmi 9399,63 manat məbləğində borcun, həmçinin ödənilmiş 114 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınaraq "xxxx" BOKT ASC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddianı müdafiə etdi və izahatında göstərdi ki, cavabdeh Cəfərov Müseyib Sadıq oğlu ilə "xxxx" BOKT ASC-nin Ağcabədi filialı arasında xx.xx.2019-cu il tarixli PBİ 070 nömrəli kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə uyğun olaraq Cəfərov Müseyib Sadıq oğluna illik 1 faizlə 60 ay müddətinə bankdan 7263,03 manat məbləğində kredit verilmişdir. Kreditin qaytarılması müddətində kreditin əsas məbləği və ona hesablanmış faizlər razılaşdırılmış qrafik üzrə banka ödənməli idi. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. Lakin borcalan Cəfərov Müseyib Sadıq oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Ona bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və xx.xx.2019-cu il tarixli PBİ 070 nömrəli kredit müqaviləsi üzrə 7256,17 manat əsas borc, 402,46 manat faiz borcu, 1741 manat dəbbə borcu olmaqla, cəmi 9399,63 manat məbləğində borcu ödənilməmiş qalmaqdadır. Zaminlik müqaviləsinə əsasən borcalan Cəfərov Müseyib Sadıq oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zaminlər X6 və X4 öz üzərinə götürmüşlər. Bundan başqa, kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, lazımınca icra edilməməsi hallarında bu müqavilə üzrə restrukturizasiya edilən kredit borcunu gecikdirilimş əsas məbləği üzrə 5 il müddətinə 0,1 faizindən çox olmamaqla dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyi borclu üzərinə götürür. Ona görə də müştərək qaydada cavabdehlərdən xx.xx.2019-cu il tarixli PBİ 070 nömrəli kredit müqaviləsi üzrə 7256,17 manat əsas borc, 402,46 manat faiz borcu, 1741 manat dəbbə borcu olmaqla, cəmi 9399,63 manat məbləğində borcun, həmçinin ödənilmiş 114 manat dövlət rüsumunun "xxxx" BOKT ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cəfərov Müseyib Sadıq oğlu, X6 və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli PBİ 070 nömrəli kredit (restrukturizasiya) müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, bu kredit müqaviləsinə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 7263,03 manat qalıq məbləğini ödəmək məqsədi ilə güzəştli kreditin verilməsi, borclu isə verilmiş güzəştli krediti və ona hesablanan faizləri bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə kreditora ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən kredit 1 faizlə 5 il müddətinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, lazımınca icra edilməməsi hallarında bu müqavilə üzrə restrukturizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləği üzrə 5 il müddətinə 0,1 faizindən çox olmamaqla dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyi borclu üzərinə götürür. İş materiallarında olan zaminlik müqaviləsinə əsasən borcalan Cəfərov Müseyib Sadıq oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zaminlər X6 və X4 öz üzərinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cəfərov Müseyib Sadıq oğlunun xx.xx.2019-cu il tarixli PBİ 070 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan əsas borcu 7256,17 manat, faiz borc 402,46 manat, dəbbə pulu borcu 1741 manat olmaqla, cəmi 9399,63 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçının PBİ 065 nömrəli kredit müqaviləsi üzrə 7256,17 manat məbləğində əsas kredit borcu üzrə 1741 manat məbləğində cərimə borcunun hesablaması ədalətli deyil. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). Bu səbəbdən məhkəmə PBİ 065 nömrəli kredit müqaviləsi üzrə 1741 manat məbləğində cərimənin 100 manat məbləğində müəyyən edilməsini tərəflərin əmlak mənafeyi baxımından ədalətli hesab edir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Azərbaycan Respublikası Məcəlləsinin 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, cavabdeh Cəfərov Müseyib Sadıq oğlu ilə "xxxx" BOKT ASC arasında kredit müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Cəfərov Müseyib Sadıq oğluna 60 ay müddətinə qaytarmaq şərti ilə, illik 0,1 faiz olmaqla PBİ 065 nömrəli kredit müqaviləsi üzrə 7263,03 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müəyyən edilmiş qrafik üzrə kredit borcunu banka ödəməmişdir. Zaminlik müqaviləsinə əsasən borcalan Cəfərov Müseyib Sadıq oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zaminlər X6 və X4 öz üzərinə götürmüşlər. Məhkəmə hesab edir ki, "xxxx" BOKT ASC ilə Cəfərov Müseyib Sadıq oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli PBİ 070 nömrəli müqavilə üzrə 7256,17 manat əsas borc, 402,46 manat faiz borcu, 100 manat dəbbə borcu olmaqla, cəmi 7758,63 manat məbləğində borc, habelə ödənilmiş 97,58 manat dövlət rüsumu cavabdehlər Cəfərov Müseyib Sadıq oğlu, X6 və X1 müştərək qaydada tutularaq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 9399,63 manat olduğu, bu tələb 7758,63 manat məbləğində təmin edildiyi üçün (müqavilə üzrə 7256,17 manat məbləğində əsas borc + 402,46 manat məbləğində faiz borcu + 100 manat cərimə borcu) ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 97,58 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx" BOKT ASC ilə Cəfərov Müseyib Sadıq oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli PBİ 070 nömrəli müqavilə üzrə 7256,17 manat əsas borc, 402,46 manat faiz borcu, 100 manat dəbbə borcu olmaqla, cəmi 7758,63 manat məbləğində borc, habelə ödənilmiş 97,58 manat dövlət rüsumu cavabdehlər Cəfərov Müseyib Sadıq oğlu, X6 və X1 müştərək qaydada tutularaq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-178/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-178/2023
17.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver