Məhkəmə qərarları › İş №2(017)-1782/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1782/2023

04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1782/2023 04.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı zaminliyə görə ödənilmiş 2000 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 40 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun bacısının keçmiş əridir. Cavabdeh "xxxx" ASC-nin Bərdə filialından 3709,55 manat kredit götürmüş və o da zamin olmuşdur. Bununla bağlı onunla "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit borcunun bir hissəsini ödəsə də, qalan borcu ödəməmişdir. Buna görə də "xxxx" ASC zamin kimi borcu ondan tələb etmiş və o da Cavabdeh qalıq qalmış 2000 manat borcunu ödəmişdir. Həmin pulu cavabdehdən tələb etsə də, cavabdeh borcunu qaytarmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 2000 manat borcun və ödəmiş olduğu 40 manat manat dövlət rüsumunun, cəmi 2040 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh qızı iddianı etiraf edərək izahatında göstərdi ki, İddiaçı onun keçmiş həyat yoldaşının bacısıdır. O, "xxxx" ASC-nin Bərdə filialından kredit götürərkən iddiaçı ona zamin olmuşdur. Kreditin bir hissəsini ödəsə də, qalan məbləği ödəmədiyi üçün qalıq 2000 manat borc zamin kimi iddiaçı tərəfindən ödənilmişdir. Sonradan iddiaçı həmin pulu ondan tələb etsə də, o pulu ödəməmişdir. Hazırda həmin pulu ödəməyə maddi imkanı yoxdur. Lakin buna baxmayaraq həmin pulu gələcəkdə hissəhissə də olsa iddiaçıya ödəyəcəkdir. Ona görə də iddianı qəbul edir və bu barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı Cavabdeh qızı iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 2000 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 02 avqust 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 40 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 manat borc pul və ödənilmiş 40 manat dövlət rüsumu, cəmi 2040 (iki min qırx) manat alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar