Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1798/2023 03.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2477 manat pul alınaraq İddiaçı1 verilməsi və 773 manat pul alınaraq İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək göstərdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırmışdırlar. Hal-hazırda iddianının dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, hazırda müəyyən etmişlər ki, Cavabdeh İddiaçı1 2217 manat, İddiaçı2 250 manat borcu vardır. Ona görə də Cavabdeh 2217 manat pul və ödənilmiş 50 manat dğvlət rüsumu olmaqla, cəmi 2267 manat məbləğində pulun alınaraq İddiaçı1 ödənilməsi və 250 manat məbləğində pulun alınaraq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, İddiaçı1 və İddiaçı2 ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdırlar. Hazırda ondan tələb olunan məbləği, yəni İddiaçı1 2217 manat, İddiaçı2 250 manat borcu etiraf edir və bu barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur. Lakin maddi imkanı olmadığı üçün həmin məbləği birdəfəyə ödəyə bilmir. Məhkəmə iddiaçıların nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçıların irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 2217 manat pul alınaraq İddiaçı1, 250 manat pul alınaraq İddiaçı2 verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 50 manat dövlət rüsumu İddiaçı2 tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq İddiaçı2 verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2217 (iki min iki yüz on yeddi) manat pul alınaraq İddiaçı1, 250 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 300 (üç yüz) manat alınaraq İddiaçı2 verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1798/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1798/2023
03.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver