Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1815/2023 14.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı “X3 Kompleksi” MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X3 Kompleksi” MMC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “X3 Kompleksi” MMC iddiasını onunla əsaslandırmışdır ki, alıcı “X3 Kompleksi” MMC, tədarükçü “X3 Kompleksi” MMC-nin “X1 və Emalı Zavodu” filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 179 nömrəli müqaviləyə əsasən cavabdeh 8 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 8123 manat məbləğində avans vəsaitlər (nağd vəsait, dərman, çiyid, kübrə və s.) verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə cavabdeh tərəfindən müqavilənin şərtlərinə uyğun iddiaçıya xam-pambıq təhvil verilməmişdir. Cavabdeh müqavilə üzrə cəmi 5298,26 manat dəyərində borcunu xam pambıqla ödəmişdir. Fermer kartında olan subsidiya vəsaitindən isə 1111,70 manat ödəmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur. Cavabdehin avans vəsaitə görə iddiaçıya 1713,04 manat borcu qalmışdır. Bu barədə tərəflər arasında xx.xx.2021-ci il tarixdə üzləşmə aktı təsdiq edilmişdir. Bundan əlavə müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın birinci növ qiyməti ilə (birinci növ xam pambığın bir tonunun qiyməti 650 manatdır) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənin məbləği 342,61 manat təşkil edir. Göstərilənləri əsas tutaraq, cavabdehdən 1713,04 manat əsas, 342,61 manat cərimə və iddiaçı tərəfindən ödənilmiş 40,56 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “X3 Kompleksi” MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 179 nömrəli müqavilənin surətindən görünür ki, bu müqavilə “X3 Kompleksi” MMC, “X3 Kompleksi” MMC-nin “X1 və Emalı Zavodu” filialı və Cavabdeh arasında 2020-ci il mövsümündə xam-pambığın alqı-satqısına dair bağlanmışdır. İş materiallarında olan “X3 Kompleksi” MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziyanın surətindən görünür ki, “X3 Kompleksi” MMC, “X3 Kompleksi” MMC-nin “X1 və Emalı Zavodu” filialı və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 179 nömrəli xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən 8 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam-pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürüb. Bu məqsədlə ona iddiaçı tərəfindən 8123 manat dəyərində avans vəsaitlər verilmişdir. Son nəticədə isə müqavilə şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən xam-pambıq təhvil verilməmişdir. Cavabdeh ümumi borcundan 5298,26 manat dəyərində xam-pambıq təhvil verməklə avans vəsaitləri iddiaçıya qaytarmışdır. Onun götürdüyü avans vəsaitə görə 1713,04 manat iddiaçıya borcu qalmışdır. Bu pretenziyanı aldığı vaxtdan 3 gün müddətində borcun ödənilməsi təmin etməyi xahiş olunmuş, əks halda qeyd edilən borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət edəcəkləri, nəticədə onun borcundan əlavə cərimə, tələb olunan məbləğin 7 %-i həcmində məhkəmə xərcləri və dövlət rüsumu ödəməli olacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, tərəflər arasında qalıq borcla əlaqədar üzləşmə aparılmış, xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 1713,04 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, “X3 Kompleksi” MMC, “X3 Kompleksi” MMC-nin “X1 və Emalı Zavodu” filialı və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 179 nömrəli xam-pambığın alqı-satqısına dair müqaviləyə əsasən 8123 manat avans borcu yaranmışdır. Yaranmış avans borcundan 5298,26 manat dəyərində xam pambıq verməklə ödənilmiş, fermer kartında olan subsidiya vəsaitindən isə 1111,70 manat ödəmiş və nəticədə cavabdehin cəmiyyətə 1713,04 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məsələlərin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, əsas borc 1713,04 manat təşkil etdiyi halda, 342,61 manat cərimə borcu, yəni cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 20 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh “X3 Kompleksi” MMC-nin xeyrinə 1713,04 manat əsas borc, 20 manat cərimə borcu tutulmalıdır. İddia qalan hissədə əsasız və qanunsuz olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1713,04 manat əsas borc, 20 manat cərimə borcu, ümumilikdə 1733,04 manat pul, həmçinin dövlət rüsumuna görə ödənilmiş 40,56 manat məbləğində pul alınaraq iddiaçı “X3 Kompleksi” MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1815/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1815/2023
14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver