Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-185/2025 23.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı və onun order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun Vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Ağcabədi rayon mərkəzi bazarında ərzaq mağazası var. Cavabdeh onun mağazasının qarşısında qəssablıqla məşğul olur. Təxminən 2023-cü ilin iyun ayında qurbanlıq bayramı ərəfəsində xırdabuynuzlu heyvan alıb kəsmək qərarına gəlmişdir. Ruslan ona bildirmişdir ki, qurban bayramı ilə əlaqədar olaraq heyvan alıb-satmaq istəyir. Lakin maddi imkanı olmadığı üçün ala bilmir. Ehtiyacı olduğu üçün cavabdeh ondan xırdabuynuzlu heyvan alveri üçün 5000 manat borc verməsini istəmiş, o, da razı olmuşdur. Ruslan da, həmin puldan istifadə edərək özünə heyvan almışdır. Cavabdeh həmin puldan 2000 manat qaytarmış və 3000 manatı borclu qalmışdır. Sonra cavabdeh ona iribuynuzlu heyvanda daha çox xeyir qaldığını bildirib ondan yenidən borc pul istədi və yaxın vaxtda qaytaracağına söz verdi. O, da inandığı üçün yenidən hissə-hissə olmaqla ümumilikdə 2500 manat vermişdir. Daha sonra yenidən ona 700 manat borc vermişdir. Aradan bir neçə gün keçdikdən sonra cavabdehə verdiyi pulları geri tələb etsə də, cavabdehin bacısı İlhamə onun yanına gələrək, xalasının Bakı şəhərində evi olduğunu və həmin evin plana düçəcəyini, vərəsə kimi onlara çoxlu pul veriləcəyini və borclarını tam şəkildə ödəyəcəklərini bildirdi. O, da onların sözlərinə inanaraq 2024-cü ilin avqust ayında iki dəfənə 1000 manat, sentyabr ayında isə 300 manat borc vermişdir. Ruslanın onun mağazasına olan borcu ilə birlikdə ümumilikdə ona 8000 manat borcu yaranmışdır. Cavabdehdən borcunu dəfələrlə istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, Ağcabədi Rayon Polis Şöbəsinə müraciət etmiş, Ağcabədi rayon Polis Şöbəsinin 04 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməş və mülki xarakterli mübahisə olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi izah olunmuşdur. O, məcbur qalaraq Məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh 8.000 məbləğində borcun, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat pulu və ödənilmiş 105 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Ağcabədi rayon mərkəzi bazarında ərzaq mağazası var. Cavabdeh onun mağazasının qarşısında qəssablıqla məşğul olur. Təxminən 2023-cü ilin iyun ayında qurbanlıq bayramı ərəfəsində xırdabuynuzlu heyvan alıb kəsmək qərarına gəlmişdir. Ruslan ona bildirmişdir ki, qurban bayramı ilə əlaqədar olaraq heyvan alıb-satmaq istəyir. Lakin maddi imkanı olmadığı üçün ala bilmir. Ehtiyacı olduğu üçün cavabdeh ondan xırdabuynuzlu heyvan alveri üçün 5000 manat borc verməsini istəmiş, o, da razı olmuşdur. Ruslan da, həmin puldan istifadə edərək özünə heyvan almışdır. Cavabdeh həmin puldan 2000 manat qaytarmış və 3000 manatı borclu qalmışdır. Sonra cavabdeh ona iribuynuzlu heyvanda daha çox xeyir qaldığını bildirib ondan yenidən borc pul istədi və yaxın vaxtda qaytaracağına söz verdi. O, da inandığı üçün yenidən hissə-hissə olmaqla ümumilikdə 2500 manat vermişdir. Daha sonra yenidən ona 700 manat borc vermişdir. Aradan bir neçə gün keçdikdən sonra cavabdehə verdiyi pulları geri tələb etsə də, cavabdehin bacısı İlhamə onun yanına gələrək, xalasının Bakı şəhərində evi olduğunu və həmin evin plana düçəcəyini, vərəsə kimi onlara çoxlu pul veriləcəyini və borclarını tam şəkildə ödəyəcəklərini bildirdi. O, da onların sözlərinə inanaraq 2024-cü ilin avqust ayında iki dəfənə 1000 manat, sentyabr ayında isə 300 manat borc vermişdir. Ruslanın onun mağazasına olan borcu ilə birlikdə ümumilikdə ona 8000 manat borcu yaranmışdır. Cavabdehdən borcunu dəfələrlə istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bundan sonra o, Ağcabədi Rayon Polis Şöbəsinə müraciət etmiş, Ağcabədi rayon Polis Şöbəsinin 04 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməş və mülki xarakterli mübahisə olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi izah olunmuşdur. O, məcbur qalaraq Məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh 8.000 məbləğində borcun, hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat pulu və ödənilmiş 105 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavbdeh Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, iddiaçının ərzaq mağazasının qarşısında qəssablıq edir. Təxminən 2023-cü ilin iyun ayında qurbanlıq bayramı ərəfəsində xırdabuynuzlu heyvan alıb kəsmək qərarına gəlmişdir. O, Ədalətə bildirmişdir ki, qurban bayramı ilə əlaqədar olaraq heyvan alıb-satmaq istəyir. Lakin maddi imkanı olmadığı üçün ala bilmir. Ehtiyacı olduğu üçün iddiaçıdan xırdabuynuzlu heyvan alveri üçün 5000 manat borc verməsini istəmiş, iddiaçı da razılaşmış və ona 5000 manat borc vermişdir. Sonra o, həmin puldan 2000 manat qaytarmışdır. Onların arasında müxtəlif vaxtlar da pul alış-verişi olmuş və dəfələrlə iddiaçı ona maddi cəhətdən köməkliklər etmişdir. Hazırda onun iddiaçıya ümumilikdə 8000 manat deyil, 7000 manat borcu vardır. lakin maddi imkanı olmadığı üçün borcunu tam olaraq qaytara bilməmişdir. Həmin borcu hissə-hissə tam qaytaracağına söz verərək iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun Vəkili Vəkil çıxış edərək iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın tam təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 04 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh izahat verərək iddiaçıya borcunun olduğunu və hissə-hissə qayataracağını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 7000 manat məbləğində pul almışdır. Cavabdeh dəfələrlə iddiaçıdan borc alıb qaytardıqdan sonra, cavabdehin hazırda iddiaçıya 7000 manat borcu qalıb və o, bunu etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 90 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 7000 manat məbləğində borc pul verilmiş, lakin cavabdeh tərəfindən həmin borc iddiaçıya tam ödənilməmişdir. Bununlada cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. Ona görə iddia qismən təmin olunaraq cavabdehdən 7000 manat məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində borc pul və ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-185/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-185/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver