Məhkəmə qərarları › İş №2(017)-1886/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1886/2025

17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1886/2025 17.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacıyev Fuad Hacı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, X6 ilə 1985-ci ildə ailə qurmuş, onların nikahlarından xx.xx.1990-cı il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. xx.xx.2000-ci il tarixdə qızı Gülsarə xəstəlikdən vəfat etmiş, Ağcabədi rayon Rəncbərlər kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölüm qeydə alınmadığına görə müəyyən sənədləşmə işlərini aparmaq mümkün olmamışdır. Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həkim arayışı olmadığına görə ona qızının ölümü haqqında şəhadətnamə verilməmişdir. Ona görə də xx.xx.1990-cı il tarixdə anadan olmuş qızı Gülsarənin xx.xx.2000-ci il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur, eyni kənddə yaşayırlar. Ərizəçi X6 ilə olan evliliyindən doğulmuş qızları Gülsarə 2000-ci ilin fevral ayının 10-da xəstəlikdən vəfat etmiş, Ağcabədi rayonunun Rəncbərlər kənd qəbiristanlığında dəfn olunmuşdur. Yas və dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid X8 şahid X4 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs rəisi məhkəməyə məktub göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş XİV-jq 445170 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Anası Ərizəçi, atası X2 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş İİİ-jq 365821 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 xx.xx.1985-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ərizəçi ilə X5 nikahlarından xx.xx.1990-cı il tarixdə doğulmuş X3 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, Ağcabədi rayonunun Rəncbərlər kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağcabədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ölüm haqqında tibbi sənəd olmadığına görə X1 ölümünün Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş X3 xx.xx.2000-ci il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində vəfat etmiş və həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş X1 xx.xx.2000-ci il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş X1 xx.xx.2000-ci il tarixdə Ağcabədi rayonunun Rəncbərlər kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar