Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1898/2023 25.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 5000 manat məbləğində borc və iddia qaldırılarkən ödənilmiş 71 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, əvvəllər tanıdığı Cavabdeh 06 dekabr 2022-ci il tarixdə ondan 5000 manat borc pul istəmiş və o, da həmin pulu cavabdehə borc kimi vermişdir. Cavabdeh həmin vaxt ondan 5000 manat borc pul alması barədə ona qəbz yazaraq vermiş və aldığı borc pulu 20 gün müddətə qaytaracağına söz vermişdir. Dəfələrlə cavabdehdən həmin pulu tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə bu günə kimi ona olan borcu qaytarmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 5000 manat məbləğində borcun və iddia qaldırarkən ödəmiş olduğu 71 manat dövlət rüsumunun, cəmi 5071 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 dekabr 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 06 dekabr 2022-ci il tarixdə İddiaçı 20 gün müddətə qaytarmaq şərti ilə 5000 manat borc pul almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağdam rayon dövlət notariat ofisində 24 avqust 2023-cü il tarixdə təsdiq edilmiş Cavabdeh ərizəsindən görünür ki, İddiaçı ona qarşı 5000 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddianı qəbul edir. Həqiqətən də onun iddia ərizəsində göstərilən məbləğdə borcu vardır və borcunu etiraf edir. Üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş materiallarından göründüyü kimi Cavabdeh 06 dekabr 2022-ci il tarixdə İddiaçı 5000 manat borc pul alaraq 20 gün müddətə qaytaracağını öhdələrinə götürsə də, bu öhdəliyi icra etməyərək həmin pulu iddiaçıya qaytarmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, Ağdam rayon dövlət notariat ofisində 24 avqust 2023-cü il tarixdə təsdiq edilmiş ərizəsində iddianı etiraf etdiyindən və bu etiraf məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 5000 manat borc pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 25 may 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 71 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 71 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 5000 manat məbləğində borc və iddia qaldırılarkən ödənilmiş 71 manat dövlət rüsumu, cəmi 5071 (beş min yetmiş bir) manat alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1898/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1898/2023
25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver