Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1910/2023 29.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 3700 manat pul, mənəvi zərərə görə 200 manat məbləğində pul və 60 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onu “OKOS” adlı şirkət vasitəsi ilə rəsmi gəlir əldə edəcəyinə inandırmış və 2021-ci il ərzində müxtəlif tarixlərdə Cavabdeh ona göndərdiyi kart hesabına ümumilikdə 3700 manat pul göndərmişdir. Lakin, heç bir gəlir əldə etməmişdir və bundan sonra cavabdehdən dəfələrlə pulunu geri tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 3700 manat pul, mənəvi zərərə görə 200 manat və ödəmiş olduğu 60 manat dövlət rüsumu, cəmi 3960 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Vəkil izahatında İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ödəniş qəbzlərindən görünür ki, İddiaçı Cavabdeh hesabına xx.xx.2021-ci il tarixdə 1700 manat, xx.xx.2021-ci il tarixdə 1020 manat, xx.xx.2021-ci il tarixdə 510 manat, cəmi 3230 manat pul ödəmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə tədqiqi zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə 1700 manat, xx.xx.2021-ci il tarixdə 1020 manat, xx.xx.2021-ci il tarixdə 510 manat, cəmi 3230 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı “OKOS” adlı şirkət vasitəsi ilə rəsmi gəlir əldə etmək məqsədi ilə 2021-ci il ərzində müxtəlif tarixlərdə Cavabdeh ümumilikdə 3700 manat pul göndərməsini göstərsə də, iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 1700 manat, xx.xx.2021-ci il tarixdə 1020 manat, xx.xx.2021-ci il tarixdə 510 manat, cəmi 3230 manat pulu Cavabdeh hesabına ödəmişdir. Bundan başqa, İddiaçı Cavabdeh mənəvi zərərə görə 200 manat məbləğində pul tələb etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 3230 manat pul və ödənilmiş 60 manat dövlət rüsumu, cəmi 3290 manat pul alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3230 manat pul və ödənilmiş 60 manat dövlət rüsumu, cəmi 3290 (üç min iki yüz doxsan) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1910/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1910/2023
29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver