Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1940/2023 28.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə İddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh1 və onun vəkili Vəkil2, Cavabdeh2, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X3, Ağcabədi regional “ASAN XİDMƏT” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X3, Ağcabədi regional “ASAN XİDMƏT” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda tərəflər, iddiaçı X1 nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X6 məhkəməyə ərizələrlə müraciət edərək, öz aralarında aşağıda göstərilən məzmunda barışıq sazişi bağladıqlarını bildirdilər, həmin barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər:
1. Bu sazişə uyğun olaraq birinci tərəf (X5), ikinci tərəfin (Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs X6) ünvan 1 ünvanında yerləşən evə dair 40.000 (qırx min) manat pul vəsaitini evin satıldığı gün ödənilməsi təklifini qəbul edir, ünvan 1 ünvanında yerləşən evin satışı ilə bağlı alıcıların evə baxışına şərait yaradır, ev satıldıqdan və 40.000 (qırx min) manat pul vəsaitini qəbul etdikdən 1 (bir) gün sonra evi, özünə məxsus əşyaları ilə birlikdə boşaldılması və gələcəkdə mübahisə açmaması (iddia sürməyəcəyi) barədə öhdəlik götürür.
2. İkinci tərəf ünvan 1 ünvanında yerləşən evin satışı günü 40.000 (qırx min) manat pul vəsaitini birinci tərəfə ödəyir və gələcəkdə mübahisə açmaması (iddia sürməyəcəyi) barədə öhdəlik götürür. Həmçinin tərəflər, iddiaçı X1 nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X6 barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən həmin barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.5 maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X3, Ağcabədi regional “ASAN XİDMƏT” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə r a r a a l d ı:
Aşağıda göstərilən məzmunda X1 nümayəndəsi Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs X6 arasında bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. Bu sazişə uyğun olaraq birinci tərəf (X5), ikinci tərəfin (Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs X6) ünvan 1 ünvanında yerləşən evə dair 40.000 (qırx min) manat pul vəsaitini evin satıldığı gün ödənilməsi təklifini qəbul edir, ünvan 1 ünvanında yerləşən evin satışı ilə bağlı alıcıların evə baxışına şərait yaradır, ev satıldıqdan və 40.000 (qırx min) manat pul vəsaitini qəbul etdikdən 1 (bir) gün sonra evi, özünə məxsus əşyaları ilə birlikdə boşaldılması və gələcəkdə mübahisə açmaması (iddia sürməyəcəyi) barədə öhdəlik götürür.
2. İkinci tərəf ünvan 1 ünvanında yerləşən evin satışı günü 40.000 (qırx min) manat pul vəsaitini birinci tərəfə ödəyir və gələcəkdə mübahisə açmaması (iddia sürməyəcəyi) barədə öhdəlik götürür. İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X3, Ağcabədi regional “ASAN XİDMƏT” Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rəşad Nuriyev